Dünya futbolu
Dəniz Yılmazın komandası darmadağınla növbəti mərhələdə
Futbol üzrə Türkiyə Kubokunda üçüncü…
Futbol üzrə Türkiyə Kubokunda üçüncü təsnifat mərhələsinin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti sınağına çıxıb.
Bursa klubu doğma meydanda aşağı liqa təmsilçisi "Yomraspor"la qarşılaşıb. Oyun futbolçumuzun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb və "Buraspor" növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, Super Liqa matçlarında əsas heyətdə meydana çıxan D.Yılmazın adı kubok görüşündə bəzi komanda yoldaşları kimi iştirak ərizəsində yer almayıb.