Dünya futbolu
Paşayev penaltini qaçırdı, "Stal" Ukrayna kuboku ilə vidalaşdı – VİDEO
Futbol üzrə Ukrayna Kubokunda 1/8 final mərhələsinin oyunlar?…
Futbol üzrə Ukrayna Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da bu mərhələdə öz oyununu keçirib.
Sözügedən klub səfərdə "İliçevets"lə qarşılaşıb. Paşayevin start heyətdə meydana çıxdığı və sonadək mübarizə apardığı oyunun əsas hissəsi 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda da başqa qol olmayınca, qalib penalti seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "İliçevets" 4:2 hesabıyla üstün olaraq, 1/4 finala yüksəlib. Penalti seriyasında iştirak edən Pavel də dəqiq oynamayıb. Onun zərbəsini rəqib qolkiper dəf edib.