Milli komanda
Millimizin sabiq çalışdırıcısı dəfn olundu – VİDEO
3 gün öncə vəfat edən millimizin sabiq baş məşqç…
3 gün öncə vəfat edən millimizin sabiq baş məşqçisi Karlos Alberto Torres vətəni Brazilyada dəfn edilib. Futbolinfo.az xəbər verir ki, əfsanəvi müdafiəçi Rio de Janeyro şəhərində son mənzilə yola salınıb.
Təntənəli mərasimdə xeyli sayda insan iştirak edib. "O, həm meydanda, həm də meydandan kənarda bizim əbədi kapitanımız, soraq kitabçamız idi" deyən Kafu onu dövrünün ən yaxşısı adlandırıb.
Qeyd edək ki, 72 yaşında vəfat edən Torres 2004-cü ilin fevralından 2005-ci ilin iyununa kimi milli komandamızın baş məşqçisi kimi fəaliyyət göstərib.