Ölkə futbolu
Ötən mövsüm "İnter", bu il "Qəbələ"
Avropa Liqasının qrup mərhələsi çərçivəsində ke&…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” – “Sent Etyen” oyununun baş hakimi Karlos del Gerrero Qrande 2-ci dəfə təmsilçilərimizin matçına təyinat alır. Fubolinfo.az xəbər verir ki, 40 yaşlı ispaniyalı referi ötən mövsüm AL-in ilkin təsnifat mərhələsi çərçivəsində “İnter”in Albaniyada yerli “Laçi” ilə qarşılaşmasını (1:1) idarə etmişdi. Fit sahibi həmin qarşılaşmada bakılıların 1, rəqibin 3 futbolçusuna sarı vərəqə göstərib.
2013-cü ildən FİFA referisi statusunu daşıyan ədalət təmsilçisi idarə etdiyi 15 beynəlxalq matçda futbolçulara 62 sarı, 4 qırmızı vərəqə göstərib. O, 7 dəfə də komandaları penalti ilə cəzalandırıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq