Premyer-liqa
Mövsümün 100-cü qolu
Topaz Premyer Liqasında 2016/17 mövsümünün 100-c&…
Topaz Premyer Liqasında 2016/17 mövsümünün 100-cü qolu vurulub. Futbolinfo.az xəbər verir ki, bu top 10-cu turun son matçına təsadüf edib.
“İnter” – “Sumqayıt” qarşılaşmasında (3:1) qeydə alınan son top yubiley xarakteri daşıyıb. Əvvəlki 9 turda 88 qol vurulmuşdusa, 10-cu turun 12 qolu ilə bu rəqəm 100-ə çatıb. 100-cü qolun müəllifi isə 80-ci dəqiqədə fərqlənən Nizami Hacıyev olub. Bu 100 qol 40 matçda qeydə alınıb ki, orta məhsuldarlıq 2,50-yə bərabərdir. Qollardan 58-ni meydan sahibləri, 42-ni qonaqlar vurub. Birinci hissədə 40, fasilədən sonra 60 qol qeydə alınıb. “Qəbələ” hamıdan çox – 26, AZAL ən az – 4 top vurub. “Qəbələ” hamıdan az – 4, “Neftçi” ən çox – 24 qol buraxıb. 19 qolun vurulduğu 4-cü tur ən yüksək, cəmi 3 qolun qeydə alındığı 2-ci tur isə ən aşağı məhsuldarlığa malik olub.
Xatırladaq ki, mövsümün ilk qolunu avqustun 6-da AZAL-la səfər oyununda “Neftçi”nin futbolçusu Elvin Bədəlov vurmuşdu.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq