Müsahibə
Ruslan Qurbanov: "Artıq nəsə demək üçün gecdir"
“Qəbələ” bu gün Avropa Liqasının qrup mərhələ…
“Qəbələ” bu gün Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Sent-Etyen”ə məğlub oldu (1:2). Fransa klubu ilə matçdan sonra “qırmızı-qaralar”ın yeganə qoluna imza atan Ruslan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
– Əlimizdən gələni etdik, fasilə ərəfəsində qol buraxdıq. Artıq nəsə demək üçün gecdir. Referi həmin epizodda fit çalmamalı idi. Biz ilk yarıda qol buraxmamalıydıq. Bacardığımız qədər oynadıq. Azarkeşlərimizi sevindirmək istəyirdik. Təəssüf ki, alınmadı. Növbəti – AZAL-la oyuna hazırlaşacağıq. Ardınca isə DÇ-2018-in seçmə mərhələsinin oyunları gəlir. Bundan sonra yenidən Avropa Liqası barədə düşünəcəyik.
– Baqali Dabosuz hücumda oynamaq çətindir?
– Təbii ki, Dabo yaxşı futbolçudur. İnşallah, tezliklə bərpa olunub meydana qayıdacaq.
– Bu gün mərkəz hücumçusu kimi çıxış etmək sənin üçün rahat idi?
– Bu suala cavab vermək çətindir. Təbii ki, mənim üçün cinahda oynamaq daha münasibdir. Lakin baş məşqçi harada qoysa, orada da oynayacağam. Əsas odur ki, o, razı qalsın.
– Bundan sonra Avropa Liqasında motivasiyanız nə olacaq?
– Mümkün qədər daha çox xal toplamaq, ən azı ilk qələbəmizi qazanmaq üçün oynayacağıq.
AĞA
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir