Ölkə futbolu
"Xəzər Lənkəran"ın rumını "Neftçi"də?!
"Bakcell Arena"da keçirilən "Neftçi"…
"Bakcell Arena"da keçirilən "Neftçi" – "İnter" oyununu izləyənlər arasında tanınmış qonaq var. Vaxtilə "Xəzər Lənkəran"ın formasını geymiş Adrian Pit paytaxt derbisindədi.
Futbolinfo.az xəbər verir ki, rumın yarımmüdafiəçini ölkəmizə bakılılar dəvət edib. Heyətini gücləndirmək istəyən "Neftçi" futbolçu ilə danışıq aparır.
2011-14-cü illərdə "Xəzər Lənkəran"da 75 oyun keçirib 9 qol vuran Pit daha sonra vətənində "Vitorul"da 1 matça çıxıb. 2015-də ilk klubu "Arad" qayıdan Adrian burada oynamayıb. Kəsəsi, 33 yaşlı oyunçu son 2 ildə cəmi 1 matça çıxıb. İndi onun bakılılara necə kömək edəcəyi çox maraqlıdı.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO