Premyer-liqa
"İnter"in kapitanı hakimi hədələdi: “Komandanı meydandan çıxaracam”
Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsind…
Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Neftçi” “İnter”i qəbul edir. Futbolinfo.az xəbər verir ki, ikinci hissəsi davam edən matçda gərgin anlar yaşanıb.
Belə ki, 65-ci dəqiqədə Jonas Pesalli və Tərlan Quliyevin mübarizəsindən sonra hər iki futbolçu yerdə qalıb. “Bankirlər”in oyunçuları hakimin onların lehinə qərar verəcəyini gözləsə də, baş hakim Rəvan Həmzəzadə əksini edib və Quliyevə sarı vərəqə göstərib. Qonaq futbolçuların kəskin etirazları da hakimin qərarını dəyişməyib, hətta Nizami Hacıyevə də sarı vərəqə göstərib. Buna əsəbləşən kapitan isə referiyə “Allaha and olsun, bir də belə olsa, komandanı meydandan çıxaracam” deyərək etirazını bildirib.