Ölkə futbolu
Mahir Şükürovun Avroliqa arzusu
Karyerasını bərpa edib, "Neftçi"yə qayıdan Mahir…
Karyerasını bərpa edib, "Neftçi"yə qayıdan Mahir Şükürov yenə gündəmdədi. Dünən "Xəzər" TV-nin qonağı olan müdafiəçi bir sıra maraqlı açıqlamaları ilə yadda qaldı.
Milli komandanın ona ehtiyacı olduğunu vurğulayan futbolçu tam formaya düşdükdən sonra məşqçilər korpusundan dəvət gözləyəcəyini bildirdi. Mahirin fikrincə, o, yenidən doğma cinahına qayıdacaq, Maksim Medvedev isə sol tərəfə keçməli olacaq.
Şükürov "Neftçi"nin əvəzedici heyətə göndərilən 5 legionerindən də danışdı. O, sözügedən futbolçuların "Neftçi"ni gücləndirəcək səviyyədə olmadığını bildirməklə yanaşı, yerli uşaqların "İnter"lə son matçda bunu sübut etdiyini söylədi. Mahir komandaya səviyyəli əcnəbilərin və milli komandamızın üzvlərinin dəvət edilməsinin vacibliyini də dilə gətirdi.
Şükürova inansaq, son bir ayda "Neftçi" çox dəyişib, artıq vəziyyət stabilləşir. Komandada işlərin yoluna düşmək üzrə olduğunu bildirən cinah oyunçusu qışdan sonra azarkeşlərin fərqli "Neftçi" görəcəyinə əmindi: "Rəhbərliyin heyətə ciddi əl gəzdirəcəyini düşünürəm. Məncə, doğru addımlar atdıqdan sonra Avropa Liqasına vəsiqə üçün mübarizə aparacağıq. Heyət düzələcəyi halda, bu, çətin tapşırıq deyil. Hələ heç nə itirilməyib".
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi