Milli komanda
Millimiz üçün ilk, Şimali İrlandiya üçün ikinci dəfə
DÇ-2018-in seçmə mərhələsində millimizin səfərdə…
DÇ-2018-in seçmə mərhələsində millimizin səfərdə Şimali İrlandiya ilə oyununu idarə edəcək Kleman Turpen azarkeşlərimiz üçün yeni simadı. Futbolinfo.az xəbər verir ki, fransalı referi indiyə qədər nə yığma, nə də klub səviyyəsində oyunlarmızda söz sahibi olmayıb.
34 yaşlı hakim Azərbaycandan fərqli Şimali İrlandiyanın 1 matçında fit çalıb. Bu qarşılaşma yayda Fransada keçirilən Avropa Çempionatında qeydə alınıb. Adalıların qrup mərhələsində Almaniyaya yenildiyi oyunu (0:1) o, vərəqəsiz ötüşdürüb.
Öz ölkəsinin hakimliyinin gəlcəyi sayılan Turpen 2008/09 mövsümündən etibarən Fransa Liqa 1-nin oyunlarını idarə edir. UEFA-nın 2-ci kateqoriyalı hakimləri siyahısına daxil olan referi indiyə kimi 59 beynəlxalq matçı idarə edib. O, bu qarşılaşmalarda futbolçulara 213 sarı, 17 qırmızı vərəqə göstərib. Turpen komandaları 24 dəfə də penalti ilə cəzalandırıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi