Milli komanda
Makqovern: "Azərbaycana qarşı həmin oyunları unutmamışıq"
Şimali İrlandiya millisinin müdafiəçisi Maykl Makqovern…
Şimali İrlandiya millisinin müdafiəçisi Maykl Makqovern DÇ-2018-in seçmə mərhələsində Azərbaycan üzərində qazandıqları 4:0 hesablı qələbədən danışıb. Futbolinfo.az xəbər verir ki, o, yığmamızla oyundakı 3 xala görə həddən artıq sevindiklərini bildirib:
“Seçmə mərhələnin kiçik ölkələrindən sayılan Azərbaycana qarşı oynadıq. Lakin rəqib bizə qarşı yaxşı müqavimət göstərdi. Ümumiyyətlə, bu komanda sürpriz şəkildə seçmə mərhələyə start verib. Artıq 7 xalları var. Ona görə də Azərbaycan yığmasına hörmət etməliyik. Lakin biz DÇ-2014-ün seçmə mərhələsində onların bizə qarşı oyunlarını unutmamışıq. İki matça 4 xal qazanmışdılar. Amma bu dəfə nəticə fərqli oldu”.
Qeyd edək ki, bu qələbədən sonra britaniyalılar turnir cədvəlində millimizi qabaqlayaraq, 2-ci pilləyə qalxıb.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”