Bizi izləyin

Ölkə futbolu

Rəşadın təbəssümlü vidası

“Ölkə futbolunun siması” dedikdə, ilk ağlagələn…

blank
“Ölkə futbolunun siması” dedikdə, ilk ağlagələn millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov olur. Cari mövsüm başa çatdıqdan sonra kapitan “butslarını mismardan asacaq”. Gizlətsə də, etiraf etməsə də, bu, reallaşacaq. Az qala hər 2 oyundan birini buraxan mərkəz müdafiəçisi gücünü qoruyaraq oynayır və yolun sonuna çatıb.
 
Əslində, 2016-2017-ci illər Sadıqovun karyerasını bitirmək üçün ən münasib dövrdü. 34 yaşlı müdafiəçi üçün məhz bu mövsümü ən uğurlu hesab etmək üçün kifayət qədər əsas var. Zədələr daha çox oynamasına imkan verməsə də, o, bütün məhrumiyyətlərə baxmayaraq, ən parlaq dövrünü yaşayır.
 
Sadıqov millimizin dünya çempionatının seçmə mərhələsində keçirdiyi 4 qarşılaşmadan 2-də meydana çıxıb. Maraqlıdı ki, tsikldə əldə olunan hər iki qələbə məhz Rəşad meydanda olarkən yaşanıb – həm San-Marino, həm də Norveçin əliboş qaldıqları matçlarda. Elə tsikldə millimizin vurduğu qollar da məhz Sadıqovun döyüşdə iştirak etdiyi 90 dəqiqələrdə baş verib. Bəli,Sadıqov forvard deyil. Ancaq heç kim dana bilməz ki, o, meydanda olanda hücum xəttində də oyunumuz daha inamlı alınır.
 
Milliylə bağlı daha bir zəruri qeyd. Komandanın pley-offa çıxıb-çıxmayacağını zaman göstərəcək. Ancaq indidən deyə bilərik ki, bu milli tariximizin ən uğurlu komandasıdı. Tsiklin sonunda rekord sayda xallar bunu sübut edəcək. Və belə bir zamanda karyeranı başa vurmaq hər futbolçuya nəsib olmur.
 
Maraqlıdı ki, Sadıqovun karyerasını bitirmək üçün münbit şərait tək yığmadakı uğurları ilə bağlı deyil. “Qarabağ”la ardıcıl 3 dəfə çempionluqların ardınca Avropa Liqasının qrupuna düşmüş müdafiəçi ilk dəfə bu mötəbər turnirin 1/16 final mərhələsində kapitan sarğısı ilə çıxmış azərbaycanlı kimi də adını tarixə yazdıra bilər.
 
Elə arxada qalan Avroliqa matçlarında da “Qarabağ”ın əldə etdiyi nəticələrdə Rəşadın rolu danılmaz olub. Təkcə “Slovan”la Bakıdakı qarşılaşmanı yada salsaq, kifayət edir ki, kapitanın klubunda necə də önəmli fiqur olduğunu görək. Son dəqiqədə vurulan qol “süvarilər”in məğlubiyyətdən qurtulmasını təmin etdi. Bu topun müəllifi nə hücumçu deyildi, nə də hücumları quranlar: yenə də səhnəyə Sadıqov çıxmışdı. Bəlkə də məhz həmin oyun və həmin qol ağdamlılarda özünəinam yaratdı. Hər halda, “Qarabağ” artıq yeni rekorda imza atıb: indiyədək heç bir klubumuz Avroliqa qrupunda 7 xal toplamamışdı. Finişə isə hələ 2 tur qalıb.
 
Yuxarıdakı qeydlərin toplum şəkli ilə indiyədək heç bir azərbaycanlı futbolçu lovğalana bilməyib. Yaş da öz işini görür. Sadıqovun pul xatirinə karyerasını davam etdirəcəyi mümkünsüzdü. Başıuca karyera yaşamış biri üçünsə eyni şəkildə də getmək ən böyük arzu ola bilər.
 
Bəli, Rəşad mövsümün sonu futbolçu karyerasını başa vuracaq. Ancaq futboldan gedəcəyi mümkünsüzdü. O, ya məşqçi, hə də klub funksioneri kimi sevimli peşəsinə sadiq qalacaq.
 
Heç vaxt oyun zamanı üzündə təbəssüm görmədiyimiz Rəşad “Slovan”a vurduğu qola çılğınlıqla sevindi, millinin qələbələrindən sonra yoldaşlarına sarıldı. Təəssüf ki, gedəcək… Amma yaxşı ki, təbəssümlə gedəcək…
 
CAVAD
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-03 16:43

Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlandı

blank
Digər idman növləri2024-05-03 16:28

“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı

blank
Ölkə futbolu2024-05-03 16:11

Azərbaycan cütlüyü “Prezident Kuboku”nda üçüncü oldu

blank
Ölkə futbolu2024-05-03 15:54

Baş məşqçi öz futbolçularını söydüyünə görə cəzalandı

blank
Digər idman növləri2024-05-03 15:37

Azərbaycan birinciliyinin final oyunlarının vaxtı bilindi

blank
Ölkə futbolu2024-05-03 15:20

Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlandı

blank
Ölkə futbolu2024-05-03 15:05

“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə

blank
Digər idman növləri2024-05-03 14:50

“Baku Open-2024” keçiriləcək

blank
Ölkə futbolu2024-05-03 14:32

“Qarabağ” 11 oyundur “Neftçi”yə uduzmur

blank
Digər idman növləri2024-05-03 14:15

Azərbaycan “Prezident Kuboku”nda altıncı medalı qazandı

blank
Ölkə futbolu2024-05-03 14:00

“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar

blank
Digər idman növləri2024-05-03 13:45

Bu gün sonuncu yarımfinalçı müəyyənləşə bilər

blank
Əvəzedicilər2024-05-03 13:34

Əvəzedicilərin də cəzaları açıqlandı

blank
Digər idman növləri2024-05-03 13:25

Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq

blank
Ölkə futbolu2024-05-03 13:14

Üç futbolçuya dörd oyunluq cəza

blank
Digər idman növləri2024-05-03 13:07

Azərbaycan komandası “Prezident Kuboku”nda növbəti medalı qazandı

blank
I Liqa2024-05-03 13:00

I Liqanın lideri topdaşıyanlara görə cərimələndi

blank
Digər idman növləri2024-05-03 12:52

MBA-da daha iki 1/4 finalçı məlum oldu

blank
Premyer-liqa2024-05-03 12:44

“Neftçi” – “Turan Tovuz” matçı ilə bağlı sərt cəzalar

blank
Digər idman növləri2024-05-03 12:29

Basketbolda yunanların günü

blank
Digər idman növləri2024-05-03 12:15

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

blank
Dünya futbolu2024-05-03 12:00

Lozano yenə PSV-dən ayrılır

blank
Dünya futbolu2024-05-03 11:45

“Benfika” iki vidaya hazırlaşır

blank
Ölkə futbolu2024-05-03 11:29

Het-trikə imza atdı, ən yaxşı adına namizəd oldu

blank
Ölkə futbolu2024-05-03 11:10

“Qəbələ” yetirmələri məyusdur: “Bakı”nın yaşadığı aqibəti…”

blank
Dünya futbolu2024-05-03 10:58

Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd

blank
Ölkə futbolu2024-05-03 10:35

Denis Silva “Neftçi”nin toparlanacağına inanır: “Məşqçi kimi Azərbaycana qayıtmaq əla olar”

blank
Dünya futbolu2024-05-03 10:17

Sane oynamayacaq

blank
Digər2024-05-03 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-05-03 09:45

Poçettino: “Kopperfild deyiləm”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm