Premyer-liqa
“Kəpəz”in zədəliləri sıraya döndü
Topaz Premyer Liqasının 12-ci turunda “Qarabağ”ın qona…
Topaz Premyer Liqasının 12-ci turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz” dünəndən qarşıdakı oyunun hazırlığına start verib. Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisi Bakıda hazılıq keçir.
“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edir.
Gəncə klubunun uzun müddət zədəli olan futbolçuları Şəhriyar Əliyev, Dario Federiko və Vüqar Bəybalayevin durumu artıq normaldır. Buna kimi fərdi halda çalışan oyunçular komanda ilə birgə məşqlərə qoşulublar.