Bizi izləyin

Ölkə futbolu

Fikrət Hüseynov Klublar Komitəsini AZAL-ın mənafeyi üçün istifadə edir

Klublar Komitəsi (KK). İki ilə yaxındı fəaliyyət göstərə…

blank
Klublar Komitəsi (KK). İki ilə yaxındı fəaliyyət göstərən bu qurumun mahiyyəti hələ də qaranlıq qalır. Bu müddət ərzində KK hansı əlahiddə addım atdı, hansı inqilabi qərara nail oldu?
 
Heç bir təsir mezanizmi olmayan bu təşkilat orta hesabla ayda  bir dəfə toplaşır. Nə vaxtı bilinir toplaşacaqlarının, nə də məramı. Elə bu gün baş tutan tədbir də əvvəlkilərdən heç nəylə fərqlənməyib. Əvvəllər Tuyqun Nadirov “Xəzər Lənkəran” barədə sualları cavablandırırdı, indi də Fikrət Hüseynov AZAL-ın dərdinə çarə axtarır. Heç AFFA səviyyəsində də KK ciddiyə alınmır.
 
Buna sübut üçün uzağa getməyə ehtiyac yoxdu. Gecənin bir aləmində assosiasiyanın saytında Klublar Komitəsinin iclasının keçiriləcəyi barədə məlumat olmayıb. Hə, assosiasiya məsulları sonradan səhvlərini xatırlayıb, tələm-tələsik bir məlumat guppuldadıb, dünənki günə qoymaqla guya ki, işlərini görüblər. Bəlli iş qrafiki var. KK-nin iclası barədə xəbər həmin qrafikə sığmayıb.
 
Kimə lazımdı ki, tövsiyə xarakterli yığıncaqlar? Axı, qurum nə icraedici orqandı, nə də qanun qəbul etmək hüququna sahibdi. Bir ara telekanallarımızın birində aparıcının işlətdiyi ifadə bax, burda yerinə düşür: “Küləkdi, əsdi getdi”.
 
Bugünkü iclasın gündəliyinə diqqət yetirək:
1. Azərbaycan çempionatında komandaların sayının müəyyənləşdirilməsi ilə bağlı AZAL klubunun təklifi
2. AFFA-nın Texniki Departamentinin əməkdaşları ilə görüş (Məşqçi kursları ilə bağlı suallara aydınlıq gətirilməsi)
3. Uşaq liqalarında komanda nümayəndələri tərəfindən hakimlərə qarşı zorakılıq halları
4. Digər məsələlər
 
4-cü bənd aydındı. Yəni, digər məsələ yoxdu. İkinci bənddə göstərilən məsələ üçün heç bir hüquqi statusa malik olmayan hansısa komitənin yaradılmasına nə zərurət? Hansısa klub məşqçisi üçün kateqoriya alınmasını istəyirsə, pulunu ödəyib, bunu həyata keçirə bilər. Maliyyə imkanları yoxdusa, Premyer Liqada nə azarı?
 
Üçüncü bənd isə sadəcə, sarkazmdolu gülüş doğurur. Görəsən, bu bəndi tərtib edənlər yazdıqlarını oxuyublar? Görəsən, Klublar Komitəsində təmsil olunan yoldaşlar bu məsələnin harasını müzakirə ediblər? Yəni, “A” klubunun uşaq məşqçisi hakimi salıb təpiyin altına, bundan “B”, “C”, “D” klublarına nə? Qardaş, İntizam Komitəsi var və cəzasını verəcək. Üstəlik, hər bir klubun daxili kodeksi olmalıdı və inanırıq ki, bu, var. Həmin kodeksə əsasən də “təpikatan”a qarşı cəza mexanizmi tətbiq edilməlidi. İndi özünüz deyin, gülməyəsən, nə edəsən? Klublar Komitəsi guya nəyi həll etdi bu sualı gündəmə gətirməklə?
 
Elə Fikrət Hüseynovun müsahibədə səsləndirdiyi fikir də dediyimizin bariz nümunəsidi: “Məsələn, U-15, U-16-nın oyununda, oyundan sonra hakimlərlə kobud davranmaqları düzgün deyil. Biz də bu məsələni müzakirə etdik. Mənə elə gəlir ki, bundan sonra belə hal təkrar olunmayacaq”.
 
Nə qəşəng! Bu, bilirsiniz nəyə oxşayır? Xəstə həkimə qızdırma içində yandığını deyir. Həkim də cavab verir ki, soyuq su içmə, əynini isti elə ki, bir də xəstələnməyəsən. Bəs, müalicə? Ay Fikrət müəllim, bəs, müalicə necə oldu?
 
Əslində, bunun heç müalicəsi yoxdu da. Çünki bu, hər bir klubun daxili intizam qaydaları ilə tənzimlənir. İqtisadi sıxıntılar içində yaşayan bir ölkədə “Boulvard Hotel”ə icarə haqqı ödəyib, boş-boş görüşlər keçirməyin heç bir əhəmiyyəti yoxdu!
 
Bəlkə var? Gəlin 1-ci bəndə diqqətlə baxaq. Kimin təklifi? Bəli-bəli, AZAL klubunun. Niyə “Qarabağ”ın, “Sumqayıt”ın, “Kəpəz”in yox, məhz AZAL-ın təklifi? Nəyə görə, məhz indi? Bu sual da səslənib və hörmətli AZAL rəsmisi “möhtəşəm” cavabı ilə bütün “suları duruldub”: “Biz əvvəl elə bildik ki, 10 komanda olacaq. Sonra 8 komanda oldu. Əlbəttə, 8 komandalı çempionatda bu mövcuddu. Amma 10 olsa, sözsüz ki, sonuncu yer diviziona getməli idi. Yenə deyirəm, mən bunu AZAL-a görə yox, Azərbaycan futboluna, meydançalara, infrastruktura görə deyirəm”.
 
Bağışlayın, çempionat nə vaxt start götürüb? Biz də sizin kimi, elə bilirdik 10 komanda olacaq. Ancaq çempionat başlamazdan öncə, daha doğrusu, ölkə çempionatının püşkatması baş tutanadək. Avqustun 6-da çempionat start götürdü. Üstündən 3 ay keçib e! Sizin də rəhbəri olduğunuz komitə bu müddət ərzində 3 iclas keçirib. Bəli, avqustda turnir cədvəlində indiki mənzərə yaranmamışdı. Ancaq AZAL-ı fikirləşmirdinizsə, rəhbəri olduğunuz bu mənasız qurumun əvvəlki iclaslarında niyə analoji təşəbbüslə çıxış etmirdiniz? İndi özünüz deyin, hörmətli oxucular, Fikrət Hüseynov “mən bunu AZAL-a görə demirəm” ifadəsini işlətdikdə nə dərəcədə səmimi olub? 
 
Nə yaxşı ki, Klublar Komitəsi qeyri-ciddi qurum kimi tanınıb və İcraiyyə Komitəsi bu təşkilatın tövsiyələrindən heç birini ciddiyə almır. AZAL-ın vitse-prezidenti isə nə qədər “süni kürsü”dədi var gücü ilə Klublar Komitəsini təmsil etdiyi komandanın xidmətlərinə yönəltməyə cəhd göstərir. Yəqin ki, AFFA rəhbərliyi bu komitənin faydalı iş əmsalının “0” olduğunu görüb, yaxın gələcəkdə həyatına xitam verəcək.
 
Hüseynov “digər məsələlər”bəndindən də öz AZAL-I üçün yararlanmağa çalışır. Süni örtüklü meydançalardan hamı narazıdı. Demək olar, bütün klublar bundan şikayət edir. Ancaq maraqlıdı ki, bu baxımdan ən pis vəziyyət elə “AZAL Arena”dadı. Fikrət bəy isə klub arenasını normal vəziyyətə gətirmək üçün gözünü başqalarının gözünə dikib: “Dəyişiklik olmalıdı. Gəncədəki stadionla yanaşı, “Sumqayıt”ın, “Zirə”nin, “İnter”in meydançası da müzakirə olundu. “Qəbələ”nin 2 futbolçusu elə “İnter”lə qarşılaşmada zədələndi. Təbii ki, AZAL-ın meydançası da bunlar arasındadı. Gələn ilin mayında İslam Həmrəylik Oyunlarının bəzi yarışları bizim arenamızda keçirilməlidi. Bu yarış olmasa belə, təklif etdim ki, bizim də stadionun adı dəyişiklik ediləcəklər arasında olsun. Bunun üzərində mütləq durmalıyıq. Bu meydançalarda oynamaq qeyri-mümkündü. UEFA-nın qarşısında öhdəlikləri yerinə yetirə bilirik, bu baxımdan postsovet ölkələri arasında birinci yerdə gedirik. Qarşıdan AÇ-2020 gəlir. Bundan başqa, iki klubumuz Avroliqanın qrupunda mübarizə aparır, millimiz uğurlu çıxış edir. Bunun fonunda meydançaların hazırkı durumu yaxşı deyil”.
 
Göründüyü kimi, AZAL stadionunun qazonunu dəyişməyi, meydanı futbol oynanılacaq vəziyyətə gətirməyi düşünmür. Bunu başqalarının, dolayısıyla dövlətin boynuna qoymaq istəyir.
 
CEYHUN ƏLİYEV
 
P.S. AFFA-nın vaxt sürüşdürməsi məsələsinə gəlincə, ümid edirik ki, assosiasiya rəhbərliyi bu məsələdə günahkarların kimliyini araşdırıb, hansı ölçü götürüdyünü mediaya rəsmi açıqlayar.
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-08 23:00

Konfrans Liqasının ilk finalçısı müəyyənləşdi

blank
Digər idman növləri2024-05-08 22:20

“Xəzri” yarımfinal seriyasına qələbə ilə başladı

blank
Digər idman növləri2024-05-08 21:44

Azərbaycan tennisçiləri Avropa birinciliyində iştirak edəcək

blank
Müsahibə2024-05-08 20:55

“Bir komanda ilə bu qədər qarşılaşmaq xoş deyil” – Rəşad Əzizli

blank
Ölkə futbolu2024-05-08 20:41

PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı

blank
Digər idman növləri2024-05-08 20:15

Cüdoçularımız Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-05-08 19:29

Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2024-05-08 18:55

“Qəbələ” futbolçuları Gəncədə döyüldü

blank
Dünya futbolu2024-05-08 18:32

PSJ-dən ÇL-də antirekord

blank
Digər idman növləri2024-05-08 18:18

Mayami Azərbaycanı geridə qoydu

blank
I Liqa2024-05-08 17:50

İlk oyun qolsuz bitdi

blank
Ölkə futbolu2024-05-08 17:32

“Ağdaş”dan darmadağın

blank
Digər idman növləri2024-05-08 17:15

Bağlanış mərasimində Tom Kruz da olacaq

blank
Premyer-liqa2024-05-08 16:55

Premyer Liqanın 34-cü turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-05-08 16:39

“Gəncə”dən baş məşqçisi ilə yeni müqavilə

blank
Ölkə futbolu2024-05-08 16:22

PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı

blank
Dünya futbolu2024-05-08 16:05

Avro-2024-də oynamayacaq

blank
Digər idman növləri2024-05-08 15:47

Bakıda keçirilən Dünya Kubokunda növbəti medalçılar bəlli oldu

blank
Ölkə futbolu2024-05-08 15:32

“Kəpəz” 8500 manatlıq cəzaya etiraz etməyəcək

blank
Ölkə futbolu2024-05-08 15:17

AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib

blank
Digər idman növləri2024-05-08 15:01

Azərbaycan yığması Almatıda hazırlıq keçəcək

blank
Müsahibə2024-05-08 14:44

Najah gələcəyi barədə qərar verməyib: “Hər oyun öyrənmək üçün fürsətdir”

blank
Dünya futbolu2024-05-08 14:27

“Çelsi” yetirməsini satacaq

blank
I Liqa2024-05-08 14:18

I Liqada 25-ci turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-08 14:09

Daha bir komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-05-08 14:04

Daha bir çempion vida edir

blank
Digər idman növləri2024-05-08 13:48

Olimpiadada idmançılar və jurnalistlər karton çarpayılarda yatacaq

blank
Ölkə futbolu2024-05-08 13:31

Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin qalibi məlum olub

blank
Əvəzedicilər2024-05-08 13:17

“Sumqayıt” rəsmisinə 5 oyunluq cəza

blank
Digər idman növləri2024-05-08 13:03

Bu gün yarımfinalın daha bir oyunu keçiriləcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm