Bizi izləyin

Ölkə futbolu

ŞOK: Dekabrda 2 klub qumara görə Azərbaycan çempionatından qovulacaq

Birinci divizionda danışılmış oyunların say-hesabının olmamas?…

blank
Birinci divizionda danışılmış oyunların say-hesabının olmaması ölkə mətbuatında dəfələrlə öz əksini tapıb. Faktlar da ortaya qoyulub, dəlillər də, ancaq “klublara gözün üstə qaşın var” deyən tapılmayıb. Vəziyyət o həddə çatıb ki, hətta FİFA-dan AFFA-ya rəsmi məktub göndərilib və bu olayların araşdırılması tələb olunub.
 
Artıq assosiasiya rəhbərliyi də Milli Məclisə müraciət edərək, danışılmış oyunların qarşısını almaq üçün qanun layihəsinin tətbiq edilməsini təklif edib. Vəziyyət elə bir həddə çatıb ki, Milli Məclis qısa zamanda bu qanunun qüvvəyə minməsi üçün “yaşıl işıq” yandırıb. İndi qalıb yalnız prezidentin imzalaması və bundan sonra “moşenniklər” qanun qarşısında cavab verməli olacaqlar.
 
Ancaq bu da son deyil. Məsələ burasındadı ki, İcraiyyə Komitəsində qəbul edilən qərara əsasən, klublar oyunların manipulyasiyasına qarşı mübarizə ilə bağlı hazırlanan Bəyannamə imzalamalı və bundan sonra nəinki özləri qara işlə məşğul olmamaları, hətta bilib, gizlətdikdə belə məsuliyyətə cəlb olunacaqlarını təsdiqləmiş olurlar.
 
Artıq bu yöndə işlərə start verilib və ilin sonunadək bütün klubların bu Bəyannaməni imzalayacağı gözlənilir.
 
Nəhayət, ən şok məlumat: Qış fasiləsindən sonra divizion iştirakçılarının sayı azalacaq. Əldə etdiyimiz eksklüziv informasiyaya görə, FİFA-dan daxil olan geniştərkibli siyahı AFFA-nı əməli işə sövq edib. Əksər divizion klublarının iştirakı ilə keçirilən şübhəli oyunlar araşdırılmağa başlayıb. Assosiasiya rəhbərliyi bu dəfə “heç bir faktımız yoxdu” deməklə kifayətlənməyəcək.
 
Sərt üzünü göstərməyi planlaşdıran ölkənin ali futbol qurumu divizion iştirakçılarından ikisini çempionatdan xaric etməyi planlaşdırır. AFFA İcraiyyə Komitəsinin dekabrdakı iclasında konkret adlar açıqlanacaq.
 
Namizədlər sırasında öndə 4 komanda qərarlaşıb: “Şərurspor”, “Bakılı”, “Rəvan” və “Göyəzən”. Bu, heç də o demək deyil ki, yalnız bu 4 kollektiv danışılmış oyunlara gedib. Əsla! Siyahı o qədər zəngindir ki, “alverçi” adı ilə əksər klubları yola salmaq mümkündü. Lakin AFFA çempionatı dayandırmaq fikrində deyil. Bu üzdən də iki klubu kənarlaşdırmaqla “qızım deyirəm, gəlinim eşit” məsələnidən istifadə edir. Ancaq bu cür ciddi qərardan və oyun manipulyasiyasının nəzarətə götürülməsindn sonra çətin ki, adlarını çəkdiklərimiz klubların sponsorları ölkə çempionatında iştirak etmək arzusunda olalar.
 
Yəqin ki, cari mövsüm başa çatdıqdan sonra divizionun əksər klubları tarixin yaddaşına köçmək qərarı verəcəklər. Çünki düzgün işləmək onlara görə deyil, qara işlərlə məşğul olmağın isə cəzası var. Klubların sıradan çıxmasına görə də üzülməyə dəyməz. Onsuz da ölkə futboluna xeyir verməyən belə klublar yalnız kimlər üçünsə qumar alətidi.
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-18 14:30

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununun təyinatları açıqlandı

blank
Premyer-liqa2024-05-18 13:37

Masazırda belçikalı, Bayılda italyan hakim

blank
Dünya futbolu2024-05-18 13:29

Ronaldodan Səudiyyə Ərəbistanı çempionatında yeni rekord

blank
Dünya futbolu2024-05-18 13:00

“Çelsi”nin futbolçusu mövsümün ən yaxşı gənc oyunçusu seçildi

blank
Dünya futbolu2024-05-18 12:31

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-18 12:00

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular

blank
Digər idman növləri2024-05-18 11:31

Üçüncülük uğrunda növbəti matç

blank
Digər idman növləri2024-05-18 11:00

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finalda

blank
Digər idman növləri2024-05-18 10:00

Millimiz bu gün növbəti matçını keçirəcək

blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Dünya futbolu2024-05-18 01:00

“Fiorentina” və “Napoli”dən heç-heçə

blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-05-17 23:00

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-17 22:21

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

blank
Dünya futbolu2024-05-17 21:31

Fransa klubunun baş məşqçisi karyerasını başa vurur

blank
Dünya futbolu2024-05-17 21:15

İspaniya millisi İskonu itirdi

blank
Dünya futbolu2024-05-17 21:00

İngiltərə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-05-17 20:46

Azərbaycan yığması Rumıniyaya uduzdu

blank
Dünya futbolu2024-05-17 20:29

“Yuventus” Alleqrini istefaya göndərdi

blank
Ölkə futbolu2024-05-17 20:12

Nəcəfin “fotoinkişaf modeli”

blank
Digər idman növləri2024-05-17 20:00

“Bu, gözlədiyimiz nəticə deyil”

blank
Dünya futbolu2024-05-17 19:46

“Liverpul”da daha bir ayrılıq

blank
Digər idman növləri2024-05-17 19:30

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

blank
Ölkə futbolu2024-05-17 19:14

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm