Dünya futbolu
Türkiyə futbolunda kuryoz hadisə
Türkiyə futbolunda maraqlı və bir o qədər də gülü…
Türkiyə futbolunda maraqlı və bir o qədər də gülünc hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsi unutqanlıq edib.
Onlar bu gün 3-cü liqada keçiriləcək bütün oyunlara hakim təyin etməyi unudublar. Ona görə də komitə dünən təcili bir yerə yığılaraq təyinatları açıqlamalı olub. Komitə oyunların baş tutacağı bölgələrə yaxın yaşayan hakimləri matçlara göndərməyi qərara alıb. Vaxtsız verilən qərarlardan sonra hakimlərin digər iş yerlərindən icazə almaqda böyük çətinlik yaşadığı bildirilir.