Dünya futbolu
Dəniz Yılmaz "Qalatasaray"a qarşı 90 dəqiqə oynadı – VİDEO
Futbol üzrə Türkiyə Super Liqasında 12-ci turun oyunları…
Futbol üzrə Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu səfərdə "Qalatasaray"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
D.Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Bursaspor" hazırda 21 xalla 18 klub arasında 5-ci pillədə qərarlaşıb.