Dünya futbolu
"Traktorsazi"dən növbəti qələbə
Futbol üzrə İran çempionatında 11-ci turun oyunları ke…
Futbol üzrə İran çempionatında 11-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da növbəti oyunlarına çıxıblar.
Cənubi Azərbaycan paytaxtının ən məşhur klubu – "Traktorsazi" doğma meydanda "Saba Qom"a qalib gəlib – 2:1.
Təbrizin digər təmsilçisi "Göstəriş" səfərdə "İstiqlal"la məhsuldar heç-heçəyə nail olub – 2:2.
"Maşinsazi" isə məğlubiyyətləri sıralamağa davam edir. Bu komanda bu dəfə səfərdə "Padideh"ə 0:1 hesabıyla uduzub.
11 turdan sonra "Traktorsazi" 16 klub arasında 23 xalla liderdir. "Göstəriş" 10 xalla 13-cü, "Maşinsazi" isə 6 xalla sonuncu pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi