Ölkə futbolu
“Kəpəz” kubok hazırlığına başladı
Azərbaycan Kubokunun 1/8 final mərhələsində dekabrın 3-də Bakı…
Azərbaycan Kubokunun 1/8 final mərhələsində dekabrın 3-də Bakıda “Şahdağ”la görüşəcək “Kəpəz” dünəndən qarşıdakı oyunun hazırlığına başlayıb. Futbolinfo.az xəbər verir ki, tarixi derbidəki qələbədən sonra bir gün istirahət edən komanda üzvləri yenidən Bakıda bir araya gəliblər.
“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edir.
Hazırlıq planına əsasən, komanda dekabrın 2-nə bu arenada çalışacaq. Oyundan öncəki son məşq prosesi ilə matça ev sahibliyi edəcək “Bayıl Arena”da keçiriləcək.
“Şahdağ” – “Kəpəz” oyunu dekabrın 3-də keçiriləcək və saat 13:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə