Premyer-liqa
“Qəbələ”nin tarixində 3-cü
“Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırıl…
“Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 13-cü turunun “Qarabağ”la səfər matçında 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” mövsümdə ilk dəfə xalsız qalıb.
Roman Qriqorçukun yetirmələrinin son yenilgisi ötən mövsümün 34-cü turuna təsadüf edib. Həmin vaxt da “Qarabağ”la səfər oyununda xalsız qalan qəbələlilər 0:2 hesabı ilə uduzmuşdu. Mayın 11-dəki məğlubiyyətdən sonra “qırmızı-qaralar” keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 4 heç-heçə etmişdi. 202 gündən sonra xalsız qalan əyalət klubu öz tarixində 3-cü nəticəyə imza atıb. “Qəbələ” 2011-ci ildə ardıcıl 16 görüşdə uduzmamışdı ki, bu rekordu təkrarlamaq üçün komandaya iki matç çatmayıb. Ötən il isə “qırmızı-qaralar” 15 oyundan ibarət seriyaya imza atmışdı.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə