Bizi izləyin

Ölkə futbolu

Psixoloji portret: Zaur Svanadze – “əbədi günahkar”

Rubrikamızda ilk yazıda “Qarabağ”ın baş məşq&ccedil…

blank
Rubrikamızda ilk yazıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbonovun portretini yaratmışdıqsa, bu dəfə “İnter”in “sükanı arxasında” dayanan Zaur Svanadzedən bəhs edəcəyik.
 
58 yaşlı mütəxəssisin obrazı barədə birmənalı portret cizgiləri yaratmaq olduqca çətindi. Çünki Svanadze əsl simasını gizlətməyi bacaran insanlar qrupuna daxildi. Belələrindən adətən yaxşı aktyorlar çıxır. Lakin qəhrəmanımız həyatını futbola bağladığı üçün, çətin ki, ömrünün qalan hissəsini teatr, və ya kinoşünaslığa həsr etsin.
 
Zaur Aleksandroviçin “xasiyyətnamə”sinə vuracağımız möhür – tipik melanxolik!
 
Melanxoliklər özlərinə güvənməyən təəssüratı yaradan insanlardı. Svanadze də məhz sakit təbiətli, özünə qapanmış, oyunlar zamanı heç vaxt çılğınlıqla seçilməyən mütəxəssisdi. “İnter”in çalışdırıcısı uzun müddət Kaxaber Tsxadadzenin kölgəsində qalmaqdan çəkinmədi. Bu tip insanları kreslo, şan-şöhrət heç vaxt maraqlandırmır. Həyat şüarları işgüzarlıqdı! Gecə-gündüz işləyib, çalışdıqları sahədən zövq alan insanlar qrupudu. Müəyyən mənada altrusitdilər. Çünki uğur qazananda bunu qabartmağa, gözə soxmağa, tərif yağışı eşitməyə meylli olmurlar. Hətta öz uğurlarına başqalarını şərik edib, həmin insanların təriflənməsini istəyirlər.
 
Svanadzenin “İnter”dən uzaqlaşdırılacağı barədə söz-söhbət 1 ilə yaxındı başının üstünü kəsdirib. Xoleriklər bu cür şəraitdə heç vaxt işləyə bilməzdilər. Lakin melanxolik qəhrəmanımızın dünya vecinə deyil. O, bu günlə yaşayır. İşini itirməkdən qorxmur, əksinə, son günədək sədaqət və vicdanla etimad göstərilən yerdə vəzifə borcunu lazımınca icra edir. Yox, bunu ona görə etmir ki, kiminsə – istər hazırki rəhbərliyinin, istərsə də potensial yeni iş yeri təklif edənlərin – gözünə girsin. Melanxoliklərin vizit vərəqəsi budu – tutduğu vəzifədən asılı olmayaraq, tərif eşitmədən, gecə-gündüz işləmək.
 
Onlar olduqca küsəyən olurlar. İstənilən sözü ürəklərinə salırlar. Şikayət etmirlər, heç kimə də dərdlərini demirlər. Sadəcə, yaranı ürəklərində gəzdirirlər. Sifət cizgiləri nadir hallarda dəyişir. Onlara zahirən yaşlarını vermirlər. Lakin qəfil daxili xəstəliklər, əsəb gərginliyini bölüşməyərək, ürəklərində gəzdirmələrini şərtləndirir.
 
Svanadzenin evində olmamışam. Ancaq xasiyyətcə bu insanlar təmizlik və estetik gözəlliyə böyük önəm verirlər. Maraqlıdı ki, xüsusiyyətlərinin bu hissəsində ziddiyyət də müşahidə olunur. Söhbət həyata real baxışdan gedir. Gözəlliyi sevməklə yanaşı, romantikaya meylli deyillər. Qaranlıq otaqda, heç vaxt işıq istəyib, bağırmazlar. Qapalı pəncərəni tapıb, işıqlı yolu öz əlləri ilə çəkərlər.
 
Xatırlayaq. “İnter” ən çətin günlərini yaşadığı bir zamanda, Svanadze komandanı buraxıb, aradan çıxmadı. O, əlindəki materialdan maksimumu sıxmağa çalışdı. Ötən mövsüm “İnter”in yaşayacağı belə, sual altında olsa da, qəhrəmanımız komandanı avrokubok zonasına çıxarmağı bacardı. Bu çempionatda da ona sərt zərbə dəydi: UEFA kluba transfer qadağası qoydu. Lakin Svanadze ağlaşma qurmadı, bunu bəhanə edib aradan çıxmadı. Başını aşağı sallayıb, qara fəhləliyini etdi.
 
Komandası favorit olduğu oyunlarda xal itirsə belə, o, heç vaxt günahı futbolçuların üstünə yıxmaz. Sakit tərzdə oyunçularının müsbət xüsusiyyətlərini qabardar. Əlbəttə, hər şey yaxşı olsaydı, komanda udardı. Lakin melanxoliklər şikayət etməyi bacarmırlar. Onlar ilk növbədə bütün problemlərdə tələbi özlərindən edir.
 
Digər üç tiplə müqayisədə, melanxoliklər ən tolerant insanlardı. Svanadzenin rəhbərliyi altında oynayan futbolçuların pasportuna baxaq. Cəmi 3 legioner var, ancaq heç biri həmvətən deyil. Uzağa getməyək, Kaxa Tsxadadzenin dövründə neçə-neçə gürcünün oynadığını xatırlayın. Bu baş məşqçi üçünsə futbolçunun nə milliyəti, nə də yaşı maraqlı deyil. Onu maraqlandıran yalnız peşə səviyyəsidi. Tələblərinə cavab verirsə, istəyir lap Antarktidadan gəlmiş olsun.
 
Melanxolik obrazının daha bir xüsusiyyəti tərbiyədi. Bu insanlar küçə söyüşləri olan yerdən uzaq gəzər, dostlarını seçərkən “yüz ölçüb, bir biçərlər”. Səliqəyə böyük önəm verən melanxoliklər hətta beyindəki planlarını da ardıcıllıqla düzürlər. “İnter”in dəst-xəttinə fikir verin. Komandanın bütün legionerləri müdafiə xəttinin oyunçularıdı. Təsadüfdümü? Əsla! Çünki müasir futbolda nəticə qazanmaq istəyən ilk növbədə müdafiənin etibarlı olmasını düşünməlidi. Svanadze səliqəsi!
 
Melanxoliklərin daha bir üstünlüyü psixologiyanı əla bilmələridi. Onları təbiət belə yaradıb. Uzağa getməyək, bircə misal göstərək. Ağabala Ramazanovla dil tapmaq hər oğulun işi deyil. Bir dəfə Svanadzedən bu futbolçu barədə şikayət eşitmisiniz? Bəs, əksini? O, hər oyunçusu ilə onun dilində danışmağı bacarır. İradını da diplomatik tərzdə elə çatdırır ki, heç kimin xətrinə dəyməsin. Zaur Aleksandroviç sağlam mühit yaratmaqla komandanı vahid ailəyə çevirib. Elə bu üzdən də, fərd baxımından ulduzlar toplusu olmayan “İnter” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
 
Yazını Aristotelin sitatı ilə bitirək: “Dahilər ancaq melanxoliklərdən çıxır”.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Dünya futbolu2024-04-22 12:49

“Borussiya” Sançonu saxlamaq istəyir

blank
Digər idman növləri2024-04-22 12:38

Bu gün Azərbaycan çempionatının qalibi bəlli olacaq

blank
Ölkə futbolu2024-04-22 12:23

II Liqada 22-ci turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-22 12:07

“Qəbələ”nin legioneri: “Geridönüş edə bilərik”

blank
Digər idman növləri2024-04-22 11:52

MBA-da ilk oyunlar geridə qaldı

blank
Dünya futbolu2024-04-22 11:37

Xavi antirekordla tarixə düşdü

blank
Dünya futbolu2024-04-22 11:20

Mendi “Real”dan ayrıla bilər

blank
Ölkə futbolu2024-04-22 11:02

5 aylıq həsrətin sonu, daha da qızışan ikincilik mübarizəsi

blank
Ölkə futbolu2024-04-22 10:47

“Səbail”in 50-ci, “Zirə”nin 100-cü qələbəsi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm