Ölkə futbolu
"Qəbələ"nin rəqibini kubokdan uzaqlaşdırdılar
Futbol üzrə Belçika Kubokunda 1/8 final mərhələsinin o…
Futbol üzrə Belçika Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti sınağına çıxıb.
Sözügedən klub səfərdə "Şarlerua" ilə qarşılaşıb. Matçın əsas vaxtı 2:2 hesabıyla bitib. Əlavə vaxtda da qalibi müəyyənləşdirmək mümkün olmayıb. Nəticədə, qalib penalti seriyasında bəlli olub. Zərbələri daha dəqiq yerinə yetirən "Şarlerua" "Anderlext"i kubokdan qovub.