Dünya futbolu
"Fiorentina" üçün Bakıya 99 florensiyalı gəlir
Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2 g…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2 gün sonra “Qarabağ”ın qonağı olacaq “Fiorentina” dəstəksiz qalmayacaq. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, Florensiya klubuna dəstək olmaq üçün Florensiyadan Bakıya 99 azarkeş gələcək.
İtaliyalı fanatlar da komanda üzvləri kimi, paytaxtımıza sabah təşrif buyuracaqlar. Onlar Azərbaycana gələrək, komandalarının Avroliqanın növbəti mərhələsinə adlamasına kömək olmaq istəyirlər.
Qeyd edək ki, dekabrın 8-də keçiriləcək “Qarabağ” – “Fiorentina” matçı saat 20:00-da start götürəcək.