Bizi izləyin

Ölkə futbolu

Həqiqət anı yetişdi: tarixi stadiondan yaşayın!

Bir gün qaldı. “Qarabağ”ın “Fiorentina&rdquo…

blank

Bir gün qaldı. “Qarabağ”ın “Fiorentina”ya  qarşı tarixi oyununa 1 gün qaldı. Azərbaycan çempionu həlledici döyüşdə maksimum güclə çıxış etməlidi. Meydana çıaxcaq futbolçular, ehtiyat skamyasında əyləşəcək onların komanda yoldaşları, baş məşqçi və köməkçiləri bu “müharibə”dən üzüağ çıxmaq üçün əllərindən gələni edəcəklərinə heç kimin şübhəsi yoxdu…

Hava yaman soyuqdu. Sabah 0 dərəcə civarında olacaq. Əlbəttə, belə bir soyuqda 2 saata yaxın tribunada oturmaqdansa, televizorun düyməsini lazımı kanala yönəldib, isti mürəbbəli çaydan içə-içə feyziyab olmaq havanın hərarəti baxımından daha rahat görünə bilər. Ancaq rəhmətlik Hacıbaba Bağırov demiş, “bəs, eşq, bəs, məhəbbət”. 

Bəli, əziz azarkeş, sabah sənin axşamın olmalıdı! Sabah “Fiorentina”ya qarşı “12-ci oyunçu” sən olmalısan! “Hava soyuqdu”, “oyun gec qurtaracaq” deyib, yaxanı kənara çəkməməlisən. Sən “Neftçi”nin, “Qəbələ”nin, “İnter”in, lap elə AZAL-ın fanatı ola bilərsən. Ancaq sabah “Qarabağ” Ağdamı deyil, Azərbaycanı təmsil edəcək. Sabah “Qarabağ” Avropa nəhənginə qarşı vuruşacaq. Sabah “Qarabağ”ın sənə, mənə, hər bir azərbaycanlının dəstəyinə ehtiyacı olacaq. 

Zirvələri fəth etmək istəyirsənsə, populist çıxışlar edib, dünyaya “çəhrayı eynək”lə baxmaq zamanı deyil. Reallıq budu ki, rəqibin çıxış etdiyi çempionat Azərbaycan Premyer Liqası ilə müqayisə oluna bilməz. Reallıq budu ki, “Fiorentina”nın heyəti həm fərdi, həm də kollektiv olaraq “Qarabağ”dan xeyli üstündü. Reallıq budu ki, iki komandanın illik büdcəsini müqayisə etmək özlüyündə ağılsızlıq olar. Topladıqda italyanların cütlüyün aşkar favoriti olduğunu söyləyə bilərik.

Deməli, “Qarabağ” meydanda fiziologiyanı üstələyən məfhumlardan istifadə etməlidi. Başqa alternativ yoxdu. Bura ilk növbədə əzmkarlıq, motivasiya, fədakarlıq daxildi. Aydın məsələdi ki, rəqib oyunun müəyyən hissələrində tempi də artıracaq, təzyiqi də. Bax, həmin anlarda “Qarabağ”ın arxasında dayanan kütlə lazımdı.

Ki, futboçular bu dayağı, bu qüvvəni hiss edib, yorğunluğu unutsunlar. Ki, futbolçular döyüşdə tək olmadıqlarını görsünlər. Ki, aşırılması mümkün olmayan dağı birlikdə devirmək gücünü özündə tapsın.

Bu cür oyuna görə, saatlarla tıxacda da qalmağa dəyər, soyuqlayıb, yatağa düşməyə də. Bu cür oyunlar futbolçular kimi, azarkeşlərin də yaddaşlarına əbədi həkk olunur. Necə ki, “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə avrokubokda mərhələ adladığı oyunun şahidləri indi də İsrail “Makkabi”sinə qarşı görüşü xatırlayanda, göz bulaqlarını quru saxlaya bilmirlər. Həmin vaxt Müşfiq Hüsenov @CO vuruşurdu, bu dəfə Rəşad Sadıqov@CO rəqibini əzməyə çalışacaq. 

Əlbəttə, sabahkı qarşılaşmanın çəkisi daha ağırdı. Çünki sabah yeni tarix yazıla bilər. Özü də həlledici döyüş “uzaq sahillərdə” deyil ki, sonradan hansısa fanat özünə bəraət qazandırıb, ölkə xaricinə yollana bilməməsini qabarda. Bu tarixi hər bir azarkeş canlı-canlı yaşamağa borcludu. “Qarabağ” onsuz da borcunu verib. Bu cür komandalarla mübarizədə son turadək 1/16 finala yüksəlmək şansını qorumaqla. Uduzsalar belə, komandanı top atəşinə tutmağın əleyhinəyik. Əlbəttə, vuruşaraq, uduzsalar. Ancaq vuruşacaqlarına da zərrə qədər şübhəmiz yoxdu. 

Məğlub olsalar, “döyüşü uduzdular”, qalib gəlsələr “müharibəni uddular” desək daha düzgün olar. Ancaq futbolsevərlərimiz çempionumuzun yanında olmağa borcludu. Əks halda, sənin mənim, dostumuzun nə haqqı var ki, “mən futbol adamıyam” desin?

İndi seçimini özün et, ey Azərbaycan fanatı! Səfərbərlik isə zirvə nöqtəsinə çatdı: hər kəs və hər şey “Qarabağ” üçün!

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-20 19:16

Karyerasında ilk dəfə dubla imza atdı

blank
Dünya futbolu2024-05-20 19:00

“Mançester Siti”nin qapıçısı Amerika kubokunda iştirak edə bilməyəcək

blank
Ölkə futbolu2024-05-20 18:40

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-05-20 18:22

AGF rəsmisi beynəlxalq seminara dəvət alıb

blank
Ölkə futbolu2024-05-20 18:06

“Sumqayıt”ın stadionunda “açıq qapı”

blank
Milli komanda2024-05-20 17:51

Millimiz yoldaşlıq turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-05-20 17:37

Azərbaycanın kata üzrə komandalarında yeni baş məşqçi

blank
Digər idman növləri2024-05-20 17:20

Azərbaycan gimnastlarından Dünya Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-20 17:05

Cokoviç Belqrad derbisində

blank
Digər idman növləri2024-05-20 17:00

“Ferrari” rəhbəri qələbə perspektivinə inanır

blank
Digər idman növləri2024-05-20 16:48

İlin ən yaxşı oyunçusu Olimpiadada iştirakından əmin deyil

blank
Digər idman növləri2024-05-20 16:31

Məşhur basketbolçu qaçarkən sərhəddə yaxalandı

blank
Dünya futbolu2024-05-20 16:30

“Bayern” italiyalılardan imtina edib

blank
Ölkə futbolu2024-05-20 16:14

“Sabah”ın daha bir komandası çempion oldu – VİDEO

blank
Dünya futbolu2024-05-20 16:00

Mukiele və Soler satılacaq

blank
Dünya futbolu2024-05-20 15:45

Foden “Mançester Siti”nin tarixinə düşdü

blank
Digər idman növləri2024-05-20 15:30

Azərbaycan yığması yarımfinalda məğlub oldu

blank
Digər idman növləri2024-05-20 15:16

“Növbəti hədəfim Parisdəki paralimpiadadır”

blank
Digər idman növləri2024-05-20 15:00

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldılar

blank
Digər idman növləri2024-05-20 14:49

Bürünc mükafatçı müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-20 14:38

Şansı qaçırmayan “Neftçi”, “Zirə”nin qələbəsində Rəhimin “əli”

blank
Digər idman növləri2024-05-20 14:31

Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar

blank
Ölkə futbolu2024-05-20 14:17

II Liqada 26-cı turun təyinatları açıqlandı

blank
Digər idman növləri2024-05-20 14:00

Azərbaycanın daha bir paraatleti dünya çempionu oldu

blank
Digər idman növləri2024-05-20 13:45

Azərbaycan voleybolçusu Qızıl Avropa Liqasındakı oyunları dəyərləndirdi

blank
Digər idman növləri2024-05-20 13:31

Azərbaycan karateçiləri AÇ-də üç medal qazandılar

blank
Digər idman növləri2024-05-20 13:14

Azərbaycan boksçularından Qazaxıstanda 2 medal

blank
Digər idman növləri2024-05-20 12:59

Karlsen Mərakeşdə çempion oldu

blank
Digər idman növləri2024-05-20 12:41

“Mövsümün ən pis oyununu sərgilədik”

blank
Premyer-liqa2024-05-20 12:26

Səfərdə 50-ci darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm