Ölkə futbolu
“Qarabağ”a qarşı oynaya bilərəm"
Ölkəmizi Avropa Liqasında təmsil "Qarabağ" qrup mə…
Ölkəmizi Avropa Liqasında təmsil "Qarabağ" qrup mərhələsinin sonuncu matçında "Fiorentina"nı qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, Florensiya təmsilçisinin zədədən yeni qayıdan futbolçusu Matias Vesino açıqlama verib. 25 yaşlı yarımmüdafiəçi Avropa Liqasının finalına qədər irəliləmək istədiklərini bildirib:
"Özümü yaxşı hiss edirəm. Komandama kömək etməyə hazıram. Avropa Liqasında “Qarabağ”a qarşı oynaya bilərəm. Hər iki komanda üçün bu oyun vacibdir. “Sassuolo” ilə oyunöncəsi qələbə qazanmaq yaxşı olardı. Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparmaq istəyirik. Bunu reallaşdırmaq üçün A Seriyasında ilk 3 pilləni tutmalıyıq və ya Avropa Liqasının qalibi olmaqla bunu bacarmaq olar. Avropa Liqasının finalına qədər irəliləmək istəyirik. Düzdür, bu, hazırda yuxu kimi görünür və indidən danışmaq çox tezdir. Fikrimcə, Çempionlar Liqasına vəsiqə qazanmağımız üçün ən asan yol Avropa Liqasından keçir".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 8 dekabrda, saat 20:00-da start götürəcək.