Müsahibə
Əmrah Çəlikəl: "Hamımız çox məyus və üzgünük"
“Qarabağ”ın icraçı direktoru Əmrah Çəli…
“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Fiorentina”ya məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
– Maraqlı oyun oldu. Qələbəni hamımız çox istəyərdik. Hava şəraitinə baxmayaraq, oyunu çox böyük dəstəklə keçirdik. Möhtəşəm ab-hava vardı. Bizim vurduğumuz qoldan sonra hər nə qədər ümidlənsək də, nəticə ürəyimizcə olmadı.
– Düşünmürsünüz ki, buna səbəb heyətin yetərsizliyidir?
– İki oyunçumuz cəzalı idi. Lakin bu gün futbolçu baxımından problem olmadı. İstədiyimiz transferləri həyata keçirmişik.
– “Fiorentina”ya qarşı Mahir Mədətovun meydana buraxılması nə dərəcədə doğrudur?
– Məncə, bu, Mahir üçün də, Azərbaycan üçün də böyük bir şansdır ki, belə bir təcrübə qazanır.
– Ölkə çempionatında legioner limiti olmasaydı, əlavə əcnəbi futbolçular transfer etmək barədə düşünərdiniz?
– Bu gün transfer haqda düşünmürük. Hamımız çox məyus və üzgünük.
– İkinci dəfədir ki, komanda son anda büdrəyir. Sizcə, həlledici amil nədir?
– Təcrübə çatışmazlığı da var, şansızlıq da oldu. “Slovan”a 0:3 hesabı ilə uduzmaq bizim işimizi çətinə saldı.
– Sona iki tur qalmışadək hər şey bizim lehimizə idi. Bəlkə arxayınlıq oldu?
– Arxayınlıq deməzdim. Çünki komandadadı ab-hava buna imkan vermir. Baş məşqçimiz oyunçuları çox yaxşı hazırlayır. Sadəcə, təcrübə çatmadı.
– “Qarabağ”ın hər iki oyunda məğlub etdiyi PAOK növbəti mərhələyə adladı. Bu ədalətsizlikdir?
– Yox, ədalətsizlik deyil. Deməli, belə olmalı imiş. PAOK da gedib “Fiorentina”nı uddu. Həmin oyunda nəticə fərqli olsaydı və burada bərabərlik qeydə alınsaydı, biz çıxacaqdıq.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…