Ölkə futbolu
“İnter”ə yeni prezident təyin olundu
“İnter” klubunda yeni rəhbər müəyyənləşib. Fut…
“İnter” klubunda yeni rəhbər müəyyənləşib. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, Rəşad Qasımovun gedişindən sonra boş qalan prezident postu öz sahibini tapıb.
Belə ki, Azər Əliyev “bankirlər”in yeni prezidenti təyin edilib. Rəşad Qasımovun gedişindən sonra kluba müvəqqəti olaraq Rüfət Abdullayev rəhbərlik edirdi.
Qeyd edək ki, Azər Əliyev Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri olub.