Ölkə futbolu
Qurbanovlar üçün əlamətdar oyun
“Qarabağ”ın “İnter”lə qarşılaşması iki…
“Qarabağ”ın “İnter”lə qarşılaşması iki yubileylə əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, əyalət klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqada, futbolçusu İlqar Qurbanov “ağ-göylər”in heyətində çempionatda yubiley matçını keçirib.
Sonuncu klubunun heyətində 100-cü dəfə meydana çıxıb. 2010/11 mövsümündən Ağdam klubunda çıxış edən cinah oyunçusu 7 mövsümdə keçirdiyi 100 qarşılaşmada 6 qol vurub. “Qarabağ”ın baş məşqçisi isə 272-si “Qarabağ”, 28-i “Neftçi”də olmaqla 300-cü dəfə Premyer Liqada meydana komanda çıxarıb. 172 qələbə və 54 məğlubiyyətə şahid olan 44 yaşlı mütəxəssis 74-cü heç-heçəni izləyib. Bu oyunlarda onun yetirmələri 452 qol vurub və 216-nı buraxıb.