Ölkə futbolu
"Sumqayıt" iranlıları yola salır
Qış fasiləsinə günlər qaldıqca artıq komandalar heyətind?…
Qış fasiləsinə günlər qaldıqca artıq komandalar heyətində islahatlar aparmağa başlayıb. Futbolinfo.az xəbər verir ki, belə komandalardan biri də “Sumqayıt”dı.
“Kimyaçılar” heyətində “təmizləmə” işlərinə start verib. Klubun meneceri Ceyhun Sultanovdan aldığımız məlumata görə, komandanın iranlı legionerləri – Afşin İsmailzadə və İbrahim Abednejadla yollar ayrılacaq. Digər yola salınacaq futbolçuların kimliyinə isə “Qarabağ”la kubok matçından sonra aydınlıq gələcək.