Ölkə futbolu
"İlin idman xadimi" məlum oldu
İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi "İli…
İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi "İlin qalibləri-2016" layihəsi çərçivəsində "İlin idman xadimi" nominasiyası üzrə qalib müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu, Azərbaycan Taekvondo Federasiyasının və Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovdur.
K.Heydərov idman jurnalistləri arasında keçirilmiş sorğuda 31 səs (54 %) yığıb. AFFA və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev 12, gənclər və idman naziri Azad Rəhimov 7, Azərbaycan Güləş Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov 3, Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov 2, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov 1 səs toplayıb. Bir respondent isə bu nominasiyada heç kimə səs verməyib.
Qalib tədbirdə iştirak etmədiyindən, mükafat Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, dünya çempionu Niyaməddin Paşayevə təqdim olunub.