Bizi izləyin

Milli komanda

Uğursuz start, uğursuz finiş: milli rəsmi oyunlarda təəccübləndirdi

İllər keçəcək, amma şübhəsiz, 2016-cı il Azərbayca…

blank

İllər keçəcək, amma şübhəsiz, 2016-cı il Azərbaycan futbol tarixində ən yaddaqalanlardan olacaq. Xüsusilə də bu sözləri milli komandamıza aid etmək olar. Düzdü, “Qarabağ” və “Qəbələ”nin uğurlarına öyrəşmişiksə, 17 yaşlıların Avropa çempionatını təşkil etsək də, bir ölkənin futbol siması olan milli komandasının kiçicik uğuru belə ilə öz damğasını vurur.

Uğursuz start

Milli ilə o qədər uğursuz başladı ki, az qala hamı 6 il futbolumuzun anasını ağlar qoyan Berti Foqtsun ölənlərinə rəhmət oxumağa başlamışdı. Martda Antalyada yoxlama matçında Qazaxıstanla başlayan siftə uğursuz oldu. Özümüzdən zəif rəqib kimi baxdığımız orta asiyalılarla görüşdə yenilgi bir yana, meydanda sərgilənən bərbad oyun da gələcəyə ümid vermirdi. 

Sentyabrda start götürəcək DÇ-2018-in seçmə mərhələsinə kimi vəziyyətin düzələcəyinə ümid etsək də, millinin maydakı Avstriya toplanışı arzumuzu gözümüzdə qoydu. Andorra ilə oyunda qeydə alınan qolsuz sülhü utancverici nəticə saymaq olar. 1016 gün sonra ilk dəfə meydanı məğlubiyyətsiz tərk edən rəqiblə oyundan sonra baş məşqçi Robert Prosineçki bunları dedi: “Nəzərə alsaq ki, əsas heyətin 9 üzvü yox idi bu gün gənclərdən qurulmuş komanda meydana çıxmışdı. Biz daha yaxşı oynaya bilirik, ancaq təəssüf ki, bu gün tam potensialımızı aça bilmədik”.

Heyətin 9 üzvü olmaya  bilər. Amma nəzərə almaq lazımdı ki, meydandakı rəqibi heyətin 9 yox, 19 üzvü olmadan da udmaq lazım idi. Nə də olmasa, bizim “peşəkar”lardan fərqli, andorralılar həvəskardı. Təbii ki, “cırtdan”lara qol vura bilməyən millidən Makedoniya üzərində qələbə gözləmək olmurdu.

İnancımızı boşa çıxarmayıb, şərqi avropalılardan da 3 top buraxan yığmamızın 2016-cı ildə qələbə həsrəti 3-ə çıxdı. Toplanış çərçivəsində son oyun isə Kanadaya qarşı oldu. 1:1 hesablı nəticənin ardınca həm milli, həm də xorvatiyalı çalışdırcı “time-out” götürdü.

Rəsmi oyunlar və Azərbaycan fırtınası

Avqustun ortalarında Bakının yolunu tapan Prosineçki bir neçə çempionat və avrokubok oyunundan sonra millinin heyətini açıqlayıb, San-Marino ilə matçın hazırlıqlarına start verdi. Budəfəki siyahını digərlərindən fərqləndirən isə Emin Mahmudov, Ramil Şeydayev kimi Rusiya futbol məktəbinin yetirmələrinin də adlarının siyahıya salınması idi. Məhz AFFA-nın uzun çək-çevirindən sonra adıçəkilənlər milli formanı geyinməyə razı olmuşdu.

Düzdü, normalda San-Marino ilə oyunu milli onlarsız da qazanmalı idi. Amma mayda Andorra ilə görüşdə əli bala batan yığmamıza etibar yox idi. Hələ tsikildən əvvəl özünə “Niyə də yox?!” şüarı seçən komandamızdan sensasiylı nəticə gözləmək olardı. Niyə də yox?! Axı, dəfələrlə futbolçularımız bizə bu cür “surpriz”lər edib. Amma yox, bu dəfə hər şey istədiyimiz kimi getdi. Ruslan Qurbanovun vurduğu yeganə qol Azərbaycan futbolu tarixində ölkəmizin seçmə mərhələyə ilk dəfə qələbə ilə başlamasına gətirib-çıxardı. Buna baxmayaraq, Prosineçki yenə tənqidlərdən qaça bilmədi. Əsas toxunulan məsələ isə futbolçuların çoxsaylı qol şanslarını boşa verməsi idi. 

Qarşıda isə çətin oktyabr sınağı gəlirdi. Qələbəylə start verilən tsikldə uğuru davam etdirmək heç də qeyri-mümkün iş deyildi. Çünki rəqib elə də yaxşı günlərini yaşamayan Norveç idi. Hələ qarşılaşmadan öncə aparılan təbliğat faydasını vermiş, Bakı Olimpiya Stadionuna 35 min azarkeş toplamaq mümkün olmuşdu. Qalırdı bircə bu fanatları sevindirmək.

Matçın böyük hissəsini müdafiədə keçirən yığmamız qarşılaşmanın əvvəlində Maksim Medvedevin vurduğu yeganə qolla az qala bütün ölkəni sevindirdi. Bəli, Brazilya yığmasının belə tarixi ərzində məğlub edə bilmədiyi yeganə komanda olan skandinaviyalıları Bakıdan qolsuz yola saldıq. Bu qələbə nə qədər böyük coşqu ilə qarşılansa da, Prosineçkinin oyundan sonra dediyi kimi, sevinməyə vaxt yox idi. Çünki yığmamızı 3 gün sonra səfərdə Çexiya ilə daha bir ağır qarşılaşma gözləyirdi. Xüsusilə cari mövsümdə də daxil olmaqla, həmişə klub futbolunda bizimkilərə “toy tutan” çexlərlə oyunun çətinliyini və məsuliyyətini hamı dərk edirdi. Qarşılaşmadan öncə kapitan Rəşad Sadıqovun görüşü buraxacağı qanımızı qaraltsa da, sanki içimizdən bir səs yığmamızın bu dəfə də məğlub olmayacağını deyirdi.

Ostravada yağış altında oynanılan matçda yığmamız sudan “quru” çıxa bildi. 90 dəqiqə qapısının toxunulmazlığını lazımi səviyyədə qoruyan Kamran Ağayev qeydə alınan bərabərlikdə xüsusi pay sahibi oldu. 3 turdan sonra Tibo Kurtua (Belçika), Co Hart (İngiltərə) və Manuel Noyer (Almaniya) ilə birlikdə qol buraxmayan 3 qapıçıdan biri olan “Boavişta”lının quru seriyası artıq 270 dəqiqəyə çatmışdı.

Debütdə qazanılan 7 xal milimizi həm də qrupda 2-ci pilləyə, bizi isə göyün 7-ci qatına qaldırdı. Şirin bir yuxuymuş kimi başlayan seçmə mərhələ hamını “riyaziyyatçı” etdi. Sona 7 tur qalmasına baxmayaraq, artıq hamı indidən Rusiyada keçiriləcək DÇ-yə vəsiqənin planlarını qurur, potensial xallarımızın cızma-qarasını aparırdı. “Azərbaycanda futbol yoxdu” deyənlər belə artıq millinin nəticələri ilə maraqlanmağa başlamışdı. Noyabra kimi başımızı qatmağa mövzu var idi…

Arzuların acı sonu

Bir ayı milliylə bağlı palaz-palaz yazılar, “Niyə də yox?!”la bağlı meyxanalar və s. bu kimi şeylərlə yola verib, nəhayət, çatdıq oyun gününə – noyabın 11-nə. Yığmanı Belfastda Şimali İrlandiya ilə daha bir çətin sınaq gözləyirdi. Hamının bu dəfə ən az bir xal gözlədiyi oyundan yaxşı nəticə gözləyirdik. Sözün yaxşı mənasında, milli artıq ac azarkeşləri pis öyrətmişdi. İndi hamı Prosineçkinin yetirmələrindən ən azı 1 xal gözləyirdi. Amma bu dəfə alınmadı, istəyimiz gözümüzdə qaldı. Geridə qalan 3 turda buraxmadığımız qolların planını 1 oyunda dolduran milli evə buraxdığı 4 cavabsız qol və təcili alınan 12 televizorla qayıtdı.

Buraxılan qollar isə heç də gözlənilməz olmadı. Bu matçda britaniyalılar millimizi xüsusi bir şeylə təəccübləndirmədi. Az qala bütün dünya bilir ki, britaniyalılar standart vəziyyətlərdən əla istifadə etməyi sevir. Məhz matçdakı ilk 3 topu bu cür buraxan yığma aşkar şəkildə rəqibinin qarşısını almaqda çarəsiz idi.  Hər nə qədər oyundan sonra Prosineçki irlandiyalılarla hələ cavab matçı olduğunu bildirsə də, bu qələbə həm azarkeşləri ayıltdı, həm də futbolçularmızın üzərindən təzyiqi götürdü. Düzdü, milli seçmə mərhələdə ondan gözləniləndən artığını verdi, amma hələ DÇ-yə çıxacaq qədər böyümədiyimizi, uzaqbaşı Norveç və Çexiya kimi komandalara başağrısı olacağımızı göstərdi.

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-25 17:20

3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin iştirakçıları açıqlandı

blank
Ölkə futbolu2024-05-25 17:00

Prosineçki “Qarabağ”ın futbolçularını milliyə çağırdı

blank
Dünya futbolu2024-05-25 16:40

Avroliqada mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Dünya futbolu2024-05-25 16:20

“Araz-Naxçıvan”ın legioneri milliyə çağırıldı

blank
Dünya futbolu2024-05-25 16:00

“Qarabağ”ın futbolçusu Kamerunla oyuna çağırıldı

blank
Dünya futbolu2024-05-25 15:30

Millimizin üzvü qırmızı vərəqə aldı, komandası böyük hesabla uduzdu

blank
Digər idman növləri2024-05-25 15:00

Azərbaycan gimnastları Dünya Kubokunda finala vəsiqə qazanıblar

blank
Digər idman növləri2024-05-25 14:31

Vəliyeva 4 qat dünya çempionu oldu!

blank
Dünya futbolu2024-05-25 14:00

Təbriz klubundan səfərdə 1 xal

blank
Dünya futbolu2024-05-25 13:30

Fransalı futbolçu ÇL-in finalında oynaya bilməyəcək

blank
Digər idman növləri2024-05-25 13:00

“Heç vaxt bəhanələrə sığınmamışam”

blank
Digər idman növləri2024-05-25 12:33

Bakıda Beynəlxalq Voleybol Federasiyasının seminarı başa çatıb

blank
Ölkə futbolu2024-05-25 12:00

“Yeni mövsümə böyük motivasiya ilə hazırlaşacağıq” – Tahir Gözəl

blank
Premyer-liqa2024-05-25 11:29

Misli Premyer Liqası: 3 oyunda əcnəbi hakim

blank
Digər idman növləri2024-05-25 11:00

Millilərimiz növbəti oyunlarına çıxırlar

blank
Digər idman növləri2024-05-25 10:26

Daha 5 güləşçimiz Bakıdakı AÇ-də mübarizəyə başlayır

blank
Dünya futbolu2024-05-25 09:32

“Turan Tovuz”un legioneri milliyə çağırıldı

blank
AÇ-20242024-05-25 09:16

Türkiyə millisinin AÇ-2024 üçün genişləndirilmiş heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-25 09:00

“Neftçi”də zədəli futbolçuların son durumu açıqlandı

blank
Premyer-liqa2024-05-25 08:46

“Sumqayıt”la “Qəbələ”nin 50-ci dueli

blank
Premyer-liqa2024-05-25 08:32

Mövsümün son turuna start verilir

blank
Digər idman növləri2024-05-25 08:17

Ferstappen Monakoda yeni güc qurğusu ilə çıxış edəcək

blank
Ölkə futbolu2024-05-25 08:00

Tərlan Quliyev hələ oynamaq istəyir

blank
Dünya futbolu2024-05-25 01:58

“Jirona” mövsümü darmadağınla başa vurdu

blank
Dünya futbolu2024-05-25 01:45

Mövsümü heç-heçə ilə başa vurdular

blank
Dünya futbolu2024-05-25 01:32

“Bolonya” son oyunda “Cenoa”ya uduzdu

blank
Premyer-liqa2024-05-25 01:00

Orxan Məmmədov “Zirə” ilə görüşdü

blank
Dünya futbolu2024-05-25 00:46

Avroliqada həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Digər idman növləri2024-05-25 00:25

Azərbaycan cüdoçuları Koimbra Avropa Kubokunda

blank
Premyer-liqa2024-05-25 00:04

“Qəbələ”də iki itki

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm