Müsahibə
Roman Qriqorçuk: "2016-cı il bizim üçün uğurlu oldu"
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsi…
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən AZAL və “Qəbələ” arasındakı cavab matçından (0:1, ilk oyun 1:2) sonra qonaların baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərə oyunla bağlı fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– İlin son oyunu idi. 2016-cı il bizim üçün uğurlu oldu. Yeni il münasibəti ilə hamını təbrik edirəm.
– “İnter”lə matç haqqında nə deyə bilərsiniz? Yarımfinalda bu komanda ilə qarşılaşacaqsınız…
– Bununla bağlı danışmaq tezdi. Rəqibin kimliyindən asılı olmayaraq, yarımfinfal görüşü çətin olacaq.
– Komandadan gedəcək və ya cəlb olunacaq futbolçuları müəyyənləşdirmisiniz?
– Konkret bir şey yoxdu. Bəzi dəyişiklik olacaq. Çətinlik odu ki, bizə lazım olan oyunçunu tapmaqda çətinlik çəkirik.
– Ramil Həsənov və Fərid Nəbiyevin gələcəkdə komandada möhkəmlənmək şansları necədi?
– Bütün gənclərin şansları var. Baxır kimin nə qədər. Mən də istəyirəm gənclər meydana çıxıb, yerlərini möhkəmlətsin. Gənc futbolçular həmişə sabil olmurlar. Təlim-məşq toplanışına da çoxlu futbolçu aparacağıq.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Dünya futbolu2024-04-19 17:27
“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib