Ölkə futbolu
AFFA-dan 7 komandaya texniki məğlubiyyət
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fut…
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
U-17 Liqasında “Qəbələ” – “Rəvan” matçında “Rəvan”ın iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-17 Liqasında “Sumqayıt” – “Neftçi” İK.İB matçında “Neftçi” İK.İB iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-17 Liqasında “Kəpəz” (Gəncə) – “Səbail” FK (Bakı) matçının 45-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Mehdi Həsənov təhqir edici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
U-14 Liqasının “Xudat” (Xudat) – UGİM (Şabran) matçında “Xudat”ın heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasının UGİM (Şabran) – “Yalama” (Xaçmaz) matçında “Yalama” iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasının UGİM (Siyəzən) – “Xudat” (Xudat) matçında “Xudat” iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasının Birlik Gİİ (Şəmkir) – UGİM (Tovuz) matçında Birlik Gİİ iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 Liqasının “Yalama” (Xaçmaz) – “Neftçi” İK İB (Siyəzən) matçında “Yalama” iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 Liqasının “Xətai” (Bakı) – “Təhsil” FM (Bakı) matçında “Xətai”nin heyətində futbolçu Yasin Çoban lisenziyası olmadan meydanda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi