Dünya futbolu
"Yuventus" Alleqrini istefaya göndərə bilər
"Yuventus" baş məşqçisi Massimiliano Alleqrini ist…
"Yuventus" baş məşqçisi Massimiliano Alleqrini istefaya göndərə bilər. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssislə klub rəhbərliyi arasında böhran yaranıb.
Cümə günü Turin klubu İtaliya Superkubokunda "Milan"a uduzmuşdu (1:1, 3:4 pen.).
Mənbənin məlumatına görə, istefa baş verəcəyi halda Alleqrini Paulo Souza ("Fiorentina"), Eysebio Di Françesko ("Sassuolo") və yaxud da Leonardo Jardim ("Monako") əvəz edəcək.
Alleqri "Yuventus"un baş məşqçiləri arasında qazanılan qələbələrin faizinə görə (69,17%) liderdi.
"Yuventus" hazırda A seriyasında 17 turdan sonra 42 xalla birinci pillədə qərarlaşıb.