Dünya futbolu
“Trabzonspor” Ramil Şeydayevə qapını göstərdi
Dünən axşam “Trabzonspor” klubunun növbədənk…
Dünən axşam “Trabzonspor” klubunun növbədənkənar iclası baş tutub. Futbolinfo.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, toplantıda klubun birinci dövrədəki çıxışı və transfer fəaliyyəti müzakirə olunub.
İdarə Heyətinin iclasına prezident Muharrem Usta və baş məşqçi Ərsun Yanal da qatılıblar. Çalışdırıcı qış fasiləsində transfer edilməsini istədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib. O, xüsusən də, müdafiənin və yarımmüdafiənin mərkəzinə, eləcə də, hücum xəttinə yeni oyunçuların alınmasını istəyib.
Toplantıda, həmçinin ilk dövrədə ümidləri doğrultmayan futbolçular da müəyyənləşib. Müzakirələrdən sonra qərara alınıb ki, Hyun Yun-Suk, Luis İbanez, Güray Vural, Muhammet Dəmir və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yollar ayrılsın.
Qeyd edək ki, “Trabzonspor”a yay fasiləsində “Zenit”dən keçən Ramil Şeydayevlə “Neftçi” yaxından maraqlanır. (Apasport)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq