Ölkə futbolu
Qriqorçuk Ukraynanın ən yaxşıları sırasında
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorç…
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk növbəti uğuruna imza atıb. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, 51 yaşlı mütəxəssis Ukraynanın 5 ən yaxşı məşqçisi siyahısına düşüb.
Belə ki, bu ölkənin “sector.depo.ua” ən yaxşı mütəxəssisləri müəyyənləşdirib. Ardıcıl 3-cü dəfə Azərbaycan çempionatının bürünc medalını qazanan və Avropa Liqasında 2-ci dəfə 4 mərhələ adlayıb, qrupa düşən “Qəbələ”nin baş məşqçisi “Top-5”də yer alıb.
Onunla yanaşı, ən yaxşılar arasında Aıeksandr Babiç (“Çernomorets”), Viadimir Şaran (“Aleksandriya”), Andrey Şevçenko (Ukrayna yığması) və Yuri Vernidub (“Zarya”) seçilənlər sırasında olublar.
Həmkarlarımız Qriqorçukun uğurunu belə dəyərləndirib: “Ukraynalı mütəxəssis “Qəbələ” ilə ardıcıl 2-ci ildi Avropa Liqasının qrupunadək irəliləyir. Düzdü, komanda qrupda xal toplaya bilməyib. Amma təsnifatda möhkəm Fransa “Lill”ini keçmək hörmətə layiqdi! Onu da unutmayaq ki, Qriqorçukun komandası Azərbaycan Premyer Liqasında liderlər sırasında möhkəmlənib. 1-ci yerdən cəmi bir xal geri qalan komanda çempionluğa iddia edir”.
Qeyd edək ki, Qriqorçuk 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisidi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq