Ölkə futbolu
Araz Abdullayev rəsmən "Qəbələ"də!
“Qəbələ” qış fasiləsində ilk transferini gerç…
“Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi heyətinə qatıb.
24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Karyerası ərzində Azərbaycanda yalnız “Neftçi”nin heyətində çıxış edən Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib. 2011-12-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb.
Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, bu komandada 20 oyun keçirib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq