Ölkə futbolu
“İrtış” saxlamaq istəmədi, "Neftçi" sərfəli təklif göndərdi…
“İrtış” məni saxlamaq istəmədi. Yeni mövsü…
“İrtış” məni saxlamaq istəmədi. Yeni mövsüm üçün heç bir təklif etmədilər” – bu sözləri “Neftçi”nin yeni transferi İqnasio Herrera deyib.
Bir neşə gün öncə Qazaxıstan klubundan ayrılaraq “ağ-qaralar”la anlaşan çilili futbolçu qazax mətbuatına keçidi ilə bağlı açıqlama verib. O, “Neftçi”nin sərfəli təklif irəli sürdüyünü deyib: “Neftçi” yaxşı şərtlərlə anlaşma təklif etdi, mən də razılaşdım. Yanvarın 8-də Antalyada yeni komandama qoşulacam”.
Naço ləqəbli oyunçu Qazaxıstan çempionatında çıxış edən digər çilililər haqqında suala da cavab verib: “Düşünürəm ki, Qerson Asevedo komandadan gedəcək. Nikolas Kanales və Matias Rubio haqqında isə heç nə deyə bilmərəm”.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi