Ölkə futbolu
"Arsenal" 7-ci liqadan futbolçu alır
"Arsenal" İngiltərənin 7-ci liqasında çıxış ed…
"Arsenal" İngiltərənin 7-ci liqasında çıxış edən "Hensford Taun" klubunun müdafiəçisi Koen Bramelli transfer etməyə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, Milad bayramından əvvəl futbolçu Londonda tibbi müayinədən keçib və özünü yaxşı tərəfdən göstərə bilib. Həftənin sonuna qədər transfer rəsmiləşə bilər.
"Arsenal"ın bu keçid üçün 40 min funt sterlinq ödəyəcəyi bildirilir. O, yaxın müddətdə "Arsenal"ın gənclər komandasına qoşulacaq.