Ölkə futbolu
“Kəpəz”də dəyişiklik olmayacaq
Yanvarın 11-dən etibarən mövsümün ikinci yarısını…
Yanvarın 11-dən etibarən mövsümün ikinci yarısının hazırlığına başlayacaq “Kəpəz”də dəyişiklik gözlənilmir. Gəncəlilər nə hansısa futbolçu ilə vidalaşacaq, nə də kimisə transfer edəcək.
“Futbolinfo”ya danışan “Kəpəz”in baş məşqçisi Şahin Diniyev hazırlığa nisbətən gec başlamalarını əsaslandırıb: “Ölkədə qalacağıq, xaricə çıxmaq mümkün olmayacaq. Hazırlığa gec başladığımızı deməzdim. Biz daha çox keyfiyyətə üstünlük veririk. Zənnimcə, bu müddətdən maksimum yararlanıb komandanı tam hazır edəcəyik”.
Şahin bəy heyəti gücləndirmək imkanlarının olmadığını qeyd etdi: “Bəlli büdcə var və ondan kənara çıxa bilmərik. Ona görə də indiki heyətlə kifayətlənməyə məcburuq. Hədəflərimizə çatmaq üçün mümkün olanı edəcəyik”.