Ölkə futbolu
Səlahət Ağayev yayda qərar verəcək: “Ora getməkdənsə, “İnter”də qalmaq yaxşıdı”
Uzun müddət adı “Neftçi” ilə yanaşı &cced…
Uzun müddət adı “Neftçi” ilə yanaşı çəkilən “İnter”in kapitanı Səlahət Ağayev hazırkı klubunda qalacaq. Futbolinfo.az xəbər verir ki, bu haqda saytımıza qapıçının özü məlumat verib.
O,mövsüm sonunda başa çatacaq müqaviləsinin artırılması məsələsinə də aydınlıq gətirib: “Müqaviləni artırmaq söhbəti olmadı. Amma indiki vəziyyətdə – müqaviləm ola-ola başqa kluba keçməyim də düzgün deyil. Mövsümün sonuna kimi “İnter”dəyəm. Məhz bundan sonra müqaviləmin artırılması və ya başqa kluba keçmək variantına baxılacaq”.
26 yaşlı əlcək sahibi həmçinin, transfer pəncərəsi dövründə ona başqa təkliflərin olub-olmadığını da bildirdi: “Neftçi”dən başqa bir ciddi təklif yox idi. Ölkə xaricindən də Türkiyənin PTT-1-ci liqasıdı. Ordan da təkliflər onsuz həmişə olur. Ora getməkdənsə, elə “İnter”də qalmaq yaxşıdı”.