Bizi izləyin

Ölkə futbolu

Yenilənən "Neftçi": transferlər nə vəd edir?

Qış transfer pəncərəsinin açılmasını gözləyən Pr…

blank

Qış transfer pəncərəsinin açılmasını gözləyən Premyer Liqa təmsilçilərinin azarkeşləri arasında hamıdan çox “Neftçi” fanatları maraqlı idi. Mövsümün ilk yarısında “qara kabus” yaşamış azarkeşlər məlhəmin 2-ci dövrədən sonra tapılacağına böyük ümidlər bəsləyirdi.

Elə baş məşqçi Elxan Abdullayevin hər uğursuzluqdan sonra “bu komandanı mən yığmamışam” deməsi də “ağ-qaralar"a real bəraət qazandırırdı. Vəli Qasımovdan qalan mirasa möhtac baş məşqçi 2-ci dövrənin gedişatında xırda islahatlara start verdi. Ancaq köklü dəyişikliklər etmək üçün transfer pəncərəsi gəlməli idi. Bəs, bu dövrdə “Neftçi” gözlənilən addımları atırmı?

Komandanın müdafiə xəttindəki boşluqlar mövsümün ilk turundan “göz oxşamağa” başlamışdı. Bu, 2-ci dövrənin son turunadək davam etdi. Orta hesabla hər oyuna 2 qoldan artıq buraxan (ümumilikdə 30 top) komandanın müdafiəçiləri həqiqətən də faciəvi səhvlər edirdilər. Özü də söhbət yerli və ya əcnəbilərdən getmir. Hamısı eyni gündə idi. Elə bu üzdən də Azərbaycanın 1-ci divizionunda belə oynamağa layiq olmayan Dario Melnyak yola salınanlar sırasında oldu. Vançe Şikovdan çox şey gözlənilsə də, o da ortaya nə səviyyə qoydu, nə də əzmkarlıq.

İndi isə “ağ-qaralar” yeni simalara qovuşmaqdadı. Başlayaq, elə ən başağrılı yerdən – müdafiə xəttindən. Georgi Navalovski – Gürcüstan yığmasının 31 yaşlı futbolçusu bir dəfə Azərbaycan çempionluğunu yaşayıb. 2010-cu ildə o, “İnter”in heyətində qızıl medallara qovuşub. Maraqlıdı ki, Navalovski Rusiyanın 1-ci divizionunda da çempionluq sevincini dadıb. Ən yüksək əyarlı medallara o, “Anji”nin heyətində qovuşub. Ümumilikdə (yığma karyerasındakı oyunlar daxil, ölkədaxili kubok matçları istisna) peşəkar karyerası ərzində 291 oyun keçirən Georginin təcrübəsi “Neftçi” üçün böyük üstünlük olacaq.

Bu xəttin daha bir debütantı Kirill Petrovdu. 26 yaşlı ukraynalı müdafiəçinin karyerası əsasən vətənində keçsə də, o, Polşa və Qazaxıstan təcrübəsinə də sahibdi. Onun Ukraynanın U-19 yığmasının heyətində Avropa çempionu tituluna yiyələnməsinə bəlkə də kölgə salmaq olardı. Məsələn, “əsas fiqurların yanında o da çempion olub” deməklə. Ancaq məsələ burasındadı ki, 2009-cu ildə Petrov həmin Avropa çempionatının ən yaxşı oyunçusu seçilib. Özü də final mərhələsinin bütün oyunlarına gələcək qitə çempionlarını kapitan sarğısı ilə məhz Kirill çıxarıb.

“Neftçi”nin hücum xəttinin gücləndirilməsi də prioritet məsələlərdən biri kimi dayanıb. 14 oyuna vurulan 9 qolun əlavə şərhə ehtiyacı yoxdu. Lakin hücumçunun fərqlənməsi, fəal olması üçün sanballı yarımmüdafiə xəttin olmalıdı. Zdenek Folprext – Avropa Liqasının qrup mərhələsində turnir cədvəlində “Qarabağ”dan geri qalan, lakin çempionumuzdan 4 xal alan “Slovan”ın yarımümdafiəçisi “ağ-qaralar”da icarə əsasında oynayacaq. Bu transferi bu cür dəyərləndirmək olar: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdı”. “Slovan”ın “Qarabağ”a qarşı hər iki oyununu izləyən Elxan Abdullayev də məhz bu məsələ riayət edib.

26 yaşlı yarımmüdafiəçi Slovakiyanın bütün aşağı yaş qrupları üzrə yığma komandalarının formasını geyinməklə, sıradan bir oyunçu olmadığını sübuta yetirib. “Neftçi”də oyunu alınacaqmı? İndidən bu suala cavab vermək olduqca çətindi. Yarımmüdafiənin gücləndirilməsi üçün heyətə cəlb olunan daha bir futbolçu İqnassio Herreradı. Komandanın hücum potensialını bəlkə də məhz 29 yaşlı hücumameylli yarıımüdafiəçi müəyyənləşdirəcək. Onun Çilidən olması maraqlı mənzərəyə səhnə açır. “Neftçi”nin Nikolas Kanaleslə bağlı xatirələri ancaq müsbət mənada qalıb. İqnassio da ümidləri doğrultsa, yəqin ki, “Neftçi” tezliklə Bakı-Ceyhan-Santyaqo borusu ilə çilili futbolçuların Azərbaycana gətirilməsini təmin edəcək.

Nəhayət, Namiq Ələsgərov haqda. Istedadlı futbolçu uzunmüddətli zədədən sonra “Kəpəz”də parlasa da, “Qarabağ”a qayıtdıqdan sonra rəqabətə davam gətirmədi və tədricən formasını itirdi. Zədədən sonra əla forma yığan vingerin əsas problemi oyun praktikasından əziyyət çəkmək olub ki, “Neftçi”də o, bu sarıdan korluq görməyəcək. Ələsgərov əvvəlki formasını yığa bilsə, indidən əminliklə söyləyə bilərik ki, bundan həm “Neftçi” qazanacaq, həm Azərbaycan futbolu.

İndi “ağ-qaralar”ı düşündürən əsas məsələlərdən biri keyfiyyətli hücumçunun alınmasıdı. Bu, baş versə, “Neftçi” əvvəlki əzəmətini qaytara biləcək. Doğrudu, komanda Araz Abdullayevi buraxıb, əvəzində planlaşdırdığı kimi, Ağabala Ramazanovu ala bilmədi. Lakin yarımmüdafiə xətti bütün hallarda maraqlı vəhdət təşkil edir: Latın Amerikası, Avropa və Qafqaz üslubu. “Ağ-qaralar”ın forvarda böyük ehtiyacı var. İdealda isə 2 hücumçu alınmalıdı. Çünki zədə və kart limitindən heç kim sığortalanmayıb.

Hələliksə, “Neftçi” mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirir. Özü də “iki cəbhə” üçün: axı, kubokun yarımfinalçıları sırasında paytaxt təmsilçisinin də adı var. Adlara görə, “Neftçi” həqiqətən uğurlu transferlər həyata keçirib. İndi bunu vahid mezanizmə çevirmək lazımdı. Baş məşqçinin seçəcəyi dəst-xətt, verəcəyi taktiki tapşırıqlar komandanın uğurlarında həlledici rol oynayacaq. Qarşıda isə son 21 gün qalır…

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Dünya futbolu2024-04-22 12:49

“Borussiya” Sançonu saxlamaq istəyir

blank
Digər idman növləri2024-04-22 12:38

Bu gün Azərbaycan çempionatının qalibi bəlli olacaq

blank
Ölkə futbolu2024-04-22 12:23

II Liqada 22-ci turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-22 12:07

“Qəbələ”nin legioneri: “Geridönüş edə bilərik”

blank
Digər idman növləri2024-04-22 11:52

MBA-da ilk oyunlar geridə qaldı

blank
Dünya futbolu2024-04-22 11:37

Xavi antirekordla tarixə düşdü

blank
Dünya futbolu2024-04-22 11:20

Mendi “Real”dan ayrıla bilər

blank
Ölkə futbolu2024-04-22 11:02

5 aylıq həsrətin sonu, daha da qızışan ikincilik mübarizəsi

blank
Ölkə futbolu2024-04-22 10:47

“Səbail”in 50-ci, “Zirə”nin 100-cü qələbəsi

blank
Dünya futbolu2024-04-22 10:32

“Milan” Pioliyə əvəzedici tapıb

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm