Ölkə futbolu
AFFA-dan ruslara 2 təklif: “Pul haqqında kəlmə də kəsilməyib”
Rusiyanın “İzvestiya” qəzeti “Birlik Kuboku&rdquo…
Rusiyanın “İzvestiya” qəzeti “Birlik Kuboku”nun bərpa olunacağını iddia edib. Futbolinfo.az xəbər verir ki, şimallılar məsələylə bağlı Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutkonun açıqlamasına istinad ediblər.
Mutko AFFA-nın belə bir təşəbbüslə çıxış etdiyini və 1-1,5 milyon avro aralığında büdcə təklif etdiyini dilə gətirib. Bəs, həqiqətdə vəziyyət necədi? Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluya müraciət etdik.
Həmsöhbətimiz məsələnin tam fərqli şəkildə olduğunu bildirdi. O, AFFA-nın baş katibi Elxan Məmmədovdan məsələyə münasibət öyrəndiyini dilə gətirdi: “Baş katib həqiqətən də bu mövzu ətrafında müzakirələr aparıldığını dedi. AFFA Rusiya Futbol İttifaqına 2 cür təklif verib:
1) Turnirə meydan sahibliyi növbələşmə prinsipi ilə aparılsın
2) Turnirdə qalib gələn komandanın təmsil etdiyi ölkə növbəti “Birlik Kuboku”na ev sahibliyi etsin.
Həm də ki, bizim bu təkliflərin qəbul olunması üçün ilk növbədə turnir bərpa olmalıdı. Bundan sonra reqlament müəyyənləşməlidi. Nəhayət, bütün iştirakçı ölkələr ümumi məxrəcə gəlməlidi”.
Ölkənin ciddi maliyyə böhranı yaşadığı dövrdə AFFA-nın “Birlik Kuboku”na 3 milyon manata yaxın büdcə ayırmağa hazır olması məsələsinə gəlincə, Nərimanoğlu assosiasiyanın baş katibinə istinadən bunları söylədi: “Büdcə, ümumiyyətlə, pul haqqında kəlmə də kəsilməyib. Büdcəylə bağlı yazılanların hamısı ağ yalandı”.
Deməli, bu, ya “İzvestiya”nın uydurmasıdı, ya da Mutko yalan danışıb. Hər halda, yaxın 2 ildə Azərbaycanın bu turnirə ev sahibliyi etməsi real görünmür. Çünki “Birlik Kuboku” bərpa olacağı təqdirdə, meydan sahibi kimi Rusiya tərəfi çıxış etməlidi. Nəzərə alsaq ki, bu da ən yaxşı halda 2018-ci ildə baş tuta bilər, “SSRİ çempionatı”nın Bakıda təşkil edilməsi idealda 2019-a təsadüf edə bilər.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…