Premyer-liqa
Tural Rzayev: “Psixoloji hazırlığımız yerindədir”
Topaz Premyer Liqasının 16-cı turunda “Kəpəz” Bakıda…
Topaz Premyer Liqasının 16-cı turunda “Kəpəz” Bakıda “Zirə” ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, səfər oyunu öncəsi “sarı-göylər”in futbolçusu Tural Rzayev klub saytına açıqlama verib:
“Çempionatın ikinci hissəsinə uğursuz start verməyimiz bizi məyus etdi. Çünki qış fasiləsində yaxşı hazırlıq keçmişdik. Təlim-məşq toplanışı yüksək səviyyədə təşkil olunmuşdu və bunun bərhəsini də ilk oyunda görmək istəyirdik. Amma gözlənilməz şəkildə uduzduq. Düşünmürəm ki, “İnter” önündə alınan böyükhesablı məğlubiyyət qarşıdakı matça mənfi təsir etsin. Əksinə, “Zirə”yə qarşı matçda uğurlu nəticəyə daha da köklənmişik. Məğlubiyyəti qələbə ilə unutdurmaq olar. Hamı da məsuliyyəti dərk edir. Bu oyunun bizim üçün nə qədər vacib olduğunu yaxşı başa düşürük. Meydana qalib gəlmək üçün çıxacağıq. Psixoloji hazırlığımız yerindədir. Razıyam ki, uduzmaq əhval-ruhiyyəni korlayır. Amma son qarşılaşmadan dərs götürmüşük, məşqçilər korpusu da bizi motivasiya edir”.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi