Ölkə futbolu
"AZAL Arena" daha bir legionerin "axırına çıxdı"
Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsin…
Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində "Qarabağ" səfərdə AZAL-ın qonağıdı. Futbolinfo.az xəbər verir ki, matçın 22-ci dəqiqəsində ağdamlılar ciddi itki ilə üzləşib.
Komandanın əsas heyət üzvlərindən Dani Kintana ciddi şəkildə zədələndi. Adi epizodda ayağını qazona basan futbolçu diz bağlarından xəsarət aldı və Əfran İsmayılovla əvəzləndi.
"AZAL Arena"nın süni qazonunun növbəti qurbanına çevrilən Danini meydandan 2 komandanın futbolçuları xərəkdə çıxardı. Buna səbəb xərək daşıyanların yenə azyaşlılar olması idi.
İlkin məlumata görə, diz bağları qırılan futbolçu üçün mövsüm bitdi.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”