Ölkə futbolu
“Əmək haqqını verə bilmirik, ot örtüyünü necə dəyişək?”
AZAL – “Qarabağ” (1:2) matçından sonra meyd…
AZAL – “Qarabağ” (1:2) matçından sonra meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov oyunla bağlı fikirlərini bildirib:
– Futbolçularıma təşəkkür edirəm. Baxmayaraq ki, azlıqda qaldıq, rəhbərlik oyunçulara təşəkkür etdi. Qarşıda bizi çətin matçlar gözləyir. Madonun artıq çəkisi var, ona şans vermək düzgün olmazdı, amma səfər matçında meydana buraxacağıq. Omeqanın oyunu isə xoşuma gəldi.
– Qırmızı vərəqə…
– Bu barədə heç nə demək istəmirəm. Bu sualı başqa tərəfə vermək lazımdı. Təbii qarşılamaq lazımdı. Olub, keçib, bu haqda danışmağa dəyməz. Tounkaranı tənbeh etdim. İlk epizodda niyə sarı alıb, bilmirəm, ayağında 2 dənə deşik var idi. Verilibsə, müzakirə etməyə ehtiyac yoxdu.
– Artıq neçənci dəfədi ki, “AZAL Arena” hansısa oyunçunun sıradan çxımasına səbəb olur…
– Biz əmək haqqını verə bilmirik, ot örtüyünü necə dəyişək?
ELMAR ABDULLA-ZADƏ
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı