Ölkə futbolu
Tounkara: “Bu, haqsızlıq idi”
AZAL – “Qarabağ” matçında bütün s…
AZAL – “Qarabağ” matçında bütün söz-söhbətin səbəbkarı olan Sadio Tounkara oyundan sonra aldığı qırmızı vərəqə barəsində danışdı. O, futbolinfo.az saytına açıqlamasında hakimlərin bu hərəkətini anlamadığını bildirdi.
Sadio ilk “sarı”nı alarkən özü rəqibin zərbəsinə məruz qaldığını bildirdi: “Həmin epizodda rəqib oyunçu məni vurdu. Buna etiraz etdim. Bəlkə də etirazıma görə hakim sarı vərəqə verdi. Halbuki ayağımda zərbənin izi hələ də qalıb. Hakim “Qarabağ”ın oyunçusunu cəzalandırmalı idi”.
Tounkara meydandan qovulduğu epizodla bağlı isə bunları dedi: “Həmin epizodda ümumiyyətlə, heç nə baş verməmişdi. Mən rəqib qapıçıya hətta toxunmamışdım. Hakim isə cibindən sarı vərəqə çıxardı. Bu, meydandan qovulmağım demək idi. Bilmirəm, bu, mənə, yoxsa “Qarabağ”a görə edildi? Ancaq qırmızı vərəqə almağım haqsızlıq idi”.
Tounkara bu cəza üzündən növbəti turda “Qəbələ” ilə səfər oyununu da buraxacaq.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi