Ölkə futbolu
Elxan Abdullayev: "Göydən Allah baxır"
Topaz Premyer Liqasının 15-ci turu çərçivə…
Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən "Qəbələ" – "Neftçi" oyunundan sonra qonaqların baş məşqçisi Elxan Abdullayev mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, mütəxəssis Allaha müraciət edib.
– Rəqibi təbrik edirəm. Komandamdan razı qaldım. Futbolçularımız yaxşı oyun nümayiş etdirdi. Doğrudu, bütün 90 dəqiqəni eyni səviyyədə keçirmədilər. Ancaq bütünlükdə razıyam.
– İstədiyiniz "Neftçi" budu, yoxsa hələ irəliləmək üçün potensial var? Qış fasiləsindən sonra hakimlər "Neftçi"nin 5 xalını oğurlayıb. Sizə elə gəlmir ki, "Neftçi"nin əvvəlki rəhbərliyinin qol gücünə hakimlərə təzyiq göstərmək taktikası ziyalı münasibətdən daha düzgün idi?
– Mənim işim komandanı hazırlayıb oyuna çıxarmaqdı. Hakimlərin oyununa nəzarət edən qurum var. İndi mən burda etiraz etməklə, heç nə dəyişməyəcək. Göydən də Allah baxır.
– Ancaq Allah komandaya xal verən deyil…
– …
– Komandanız müdafiədə inamlı təsir bağışlasa da, hücumçular barədə eyni sözü demək olmaz…
– Razıyam. Bu gün hər iki yeni hücumçumuza şans verdim. Onların adaptasiya olması üçün zamana ehtiyac var. Razıyam ki, bu gün istədiyimiz səviyyəni ortaya qoymadılar.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…