Ölkə futbolu
"Ramil Şeydayev "Arsenal"a kömək edə bilər"
"Zenit"in gənclər komandasının baş məşqçisi Bo…
"Zenit"in gənclər komandasının baş məşqçisi Boris Rapoport bu klubun yetirməsi olan Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev barədə maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında sözügedən futbolçunun Tula "Arsenal"ına keçəcəyinə dair yayılmış xəbərləri belə şərh edib
"İndi Ramil Şeydayev legionerdir. Bu, Rusiyaya qayıdacağı halda artıq ona neqativ təsir göstərəcək. Ramil "Trabzonspor"da demək olar 1 il itirdi. Bu da az oynamağı ilə bağlıdır. Ramilin hansı vəziyyətdə olduğu məlum deyil. Ancaq onun potensialı yüksək səviyyədə oynamağa imkan verir. Buna görə Şeydayev Tula "Arsenal"ına kömək edə bilər. O, bu komandaya lazımdır".
Rapoport Şeydayevin vətəndaşlığını dəyişərək Rusiyadan getməsinə peşman olub-olmadığı ilə bağlı sualı belə cavablandırıb: "Bu, belə olsa belə, o, bunu heç vaxt etiraf etməyəcək. Mənə elə gəlir ki, Ramil peşman olub. Hərçənd, dünyada hər şey dəyişir. Pul ön plana, futbol isə ikinci plana keçir. Şeydayev 3 ildə "Zenit"də çox inkişaf etdi. İndi gənc futbolçulara yüksək maaşlı müqavilə təklif etməklə çox tələsirlər. Mənə elə gəlir ki, əsas komandaya düşəcəyi halda pullar vermək lazımdır".