Müsahibə
Sezar Meza Kolli: "Hakimə etiraza ehtiyac yox idi"
"Zirə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli T…
"Zirə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra futbolinfo.az saytının da suallarını cavablandırıb.
– 30-cu dəqiqədən sonra 10 nəfərlə oynadınız….
– “Zirə” yaxşı mübarizə apardı. Ən vacib bizim üçün 3 xal qazanmaq idi. Bunu da bacardıq. Komandamla fəxr edirəm.
– Nə baş verdi ki, qırımızı vərəqə aldın?
– Yerə yıxılandan sonra gördüm ki, referi məni qırımızı vərəqə ilə cəzalandırdı. Başqa heç nə xatırlamıram.
– Amma qərara etiraz etmədin…
– Hakim qərar veribsə, nə edə bilərdim? Artıq etiraza ehtiyac da yox idi.
– Son günlər hakimlərlə bağlı geniş müzakirələr var. Sən bu günkü idarəçiliyi necə dəyərləndirirsən?
– Ən yaxşı odur ki, hakimlərə çox fikir verməyək. Kəskin etirazlar baxımından bunu deyirəm. Bu, balanslaşmış şəkildə olmalıdır. Yəni, bizə qarşı yanlış qərar olsa da, onların üzərinə getməyək.
– Komanda 2-ci hissədə demək olar ki, hücum etmədi. Üzərində psixoloji təzyiq yox idi ki, qalib gəlməyə bilərsiz?
– Qeyd etdiyim kimi, bizə vacib qalib gəlmək idi ki, bunu da bacardıq. Sırf müdafiə haqda düşünməli idik. Bunu da bacardıq.
– “Zirə” 2 oyundur ki, ardıcıl qalib gəlir. Nöbəti turda “Qarabağ”a qarşı oynayacaqsız.
– Bu matçı təəssüf ki, buraxacam. Növbəti oyunlar haqda danışa bilərəm. “Qarabağ”a qarşı oyunlar bildiyiniz kimi çətin olur.
ELMAR ABDULLA-ZADƏ